Ermənilər kimdir?

Qonşularımızı tanıyırıqmı? Əlbəttə yox. «Onsuz da yanımızda, böyrümüzdə, çox yaxınımızdadırlar, onlar haqqında hər şeyi bilirik» deyə düşünürük. Bildiklərimiz isə əksər hallarda, ya da elə hər zaman onlara olan – mənfi ya da müsbət – münasibətimiz üzərində qurulmuş stereotiplərdən ibarət olur: «Erməni xaindir, pisdir, oğrudur», «gürcü bizi sevmir, bizi gözü götürmür» və s. Bunlar aydındır, necə deyərlər işin dadı-duzu, dəcəlliyi, folklorudur. Bəs azərbaycanlı dünyaya açılanda, məsələn xarici bir ölkədə hansısa auditoriyada qonşularımızın tarixi haqqında tamam fərqli şeylər eşitdiyi zaman keçirdiyi şok hissi ilə necə bacarır? Ya da şok keçirməlidirmi ümumiyyətlə?

Davamı →

Terror

MOSKVA METROSUNDA İLK PARTLAYIŞI ERMƏİLƏR TÖRƏDİB!


SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, “Paros” adlı qəzet nəşr etdirdikləri bəlli olub

Davamı →