Etimadnamə

Etimadnamə (lettres de creance) – səfirin dövlətin nümayəndəsi kimi statusunu rəsmi şəkildə təsdiqləyən (təsbit edən) sənəddir. Sənəddə səfirin dövlət başçısı və hökuməti adından deyəcək hər şeyə inanmaq, etimad etmək xahişi əks olunur; məhz buna görə də sənəd etimadnamə adlanır.
Etimadnamələrini təqdim edən əcnəbi səfir böyük siyasi əhəmiyyət kəsb edən addım atır – dövlət başçısı ilə ilk rəsmi kontakta daxil olur. Buna görə bütün ölkələrdə təqdimetmə mərasimi diqqətlə, diplomatik protokola təsbit edilmiş qaydalara tam xırdalıqlarına riayət edilməsi ilə işlənib hazırlanır. Bu qaydadan hər hansı yayınma səfirə və onun təmsil etdiyi dövlətə qarşı hörmətsizlik kimi izah edilə bilər.
Ardı →

Aqreman

Səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqrement (fr.) latın sözündən əmələ gəlib və qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq mənasını daşıyır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir.


Ardı →