Bitkilər də süd sevir

  • Flora
Əgər bitkilərinizi sadəcə su ilə bəsləyəcəyinizə inanırsınızsa, yanılırsınız. Bitkilərə süd verdikdə olduqca bəhrəli və faydalı olur.

Araşdırmalara görə, südü bitkilər də sevir. Həmçinin süd bitkilər üçün bir çox cəhətdən faydalıdır. Tərkibindəki kalsium sayəsində insanlara olduğu kimi, heyvanlar üçün də qoruyucu və bəsləyicidir.

Bağçanıza və bitkilərinizin dibinə mütəmadi olaraq yağlı süd versəniz gənə, qönçə biti və yarpaq biti kimi həşəratlardan qoruya bilərsiniz. Bağçada işlətdiyiniz alətləri dezinfeksiya etmək üçün kimyəvi maddələrdən və bahalı mayelərdən istifadə etməyə ehtiyac yoxdur.
Davamı →

Evdə ətirşah saxlamaq üçün 9 səbəb

  • Flora
Bütün qadınlar evlərində dibçək yetişdirməyi xoşlayırlar. Evdə saxlanılan hər bir dibçəyin özünəməxsus gözəlliyi və ya ətri olur. Dibçək çiçəkləri evə sakitlik, gözəllik və xoş atmosfer bəxş edir. Astroloqlar hər bir çiçəyin evin atmosferinə bir cür təsir etdiyini qeyd edirlər. Onların dediklərinə görə, bəzi dibçək gülləri evlərə neqativ, bəziləri isə pozitiv təsir göstərir. Hətta bəzi dibçək gülləri evə həşərat yığılmasına, bəziləri isə ev sahibinin xoşlamadığı «qonaqları» evdən uzaqlaşdırmağa qadirdir.

Evdəki atmosferə təsir edə bilən dibçəklərdən biri də ətirşahdır. Mütəxəssislər ətirşah bitkisindən hər evdə saxlamağı məsləhət bilir. Bu bitkinin evdə becərilməsini vacib edən 9 səbəb var.
Davamı →

Dibçək güllərini canlandıran qarışım

Dibçəkdə çiçək saxlamağı sevirsiniz. Ona görə də çiçəklərin solduğunu görmək sizə pis təsir edə bilər.

Lakin solan çiçəklərdən ümidinizi kəsmək əvəzinə yalnız 3 vəsaitlə hazırlanan bu qarışımla onu yenidən həyata qaytara bilərsiniz.

Bir ədəd banan qabığını blenderə atın. Üzərinə qəhvə tökün. Bir neçə ədəd də yumurta qabığı əlavə edin. Bir miqdar su da qatdıqdan sonra bunların hamısını blenderdən keçirin.

Bu qarışımdan bir neçə qaşıq solan çiçəklərin dibinə tökün. Qısa müddətdə sevimli gülləriniz canlanacaq.
Davamı →