İblis surəsi

  • Esse
AYƏ (ɨ) Enişteyin görəsən nə üçün F. Dostoyeviskini böyük ehtirasla sevir və «Dostoyevski mənə hər kəsdən, hətta Qausdan da çox şey verir»- deyirdi? Çünki Dostoyevski dərketmənin ən kamil yollarından birini — insan üzərində qəddarcasına təcrübə aparmaq metodunu tapmışdı.
AYƏ (‡) Bu təcrübə Raskolnikov adlanan labaratoriyada aparılmışdır. A.Enişteyin də, Dostoyevski sayaq düşünərək, bu metodu fiziki sahəyə tədbiq etdi. Belə ki, o da, qəddarcasına təcrübə apararaq, maddəyə işıq sürəti verdi və Nyton fizikasına tərs düşən, tamamilə yeni bir dünya kəşf etdi- Məkanın, zamanın, uzunluğun nisbi olduğu, maddənin enerjidən yarandığı misstik dünya...

Davamı →

Qadınlıqdan güc alan fəlsəfə - Daosizm

Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm. Və bu kiçik essedə «Dao De Çinq»in tərcüməsi üzərində işlərkən diqqətimi cəlb etmiş bəzi məqamlar üzərində gəzişəcəm yalnız. Daha artığına iddiam yoxdur. Daosizimin özəl taleyi vardır.

Məsələ ondadır ki, Şərqin Konfutsi, Budda, İsa, Məhəmməd kimi mistik filosoflarından fərqli olaraq Lao Tzı dünya fəlsəfəsinə və dolayısı ilə də bəşər mədəniyyətinə birbaşa böyük təsir göstərə bilmədi. Lokal hadisə, fenomen çərçivələrindən kənara çıxmadı. Hərçənd ayrıca bir fəlsəfi sistem, həyat tərzi, yəni din olaraq həyata vəsiqə aldı.
Davamı →

Kitablar haqqında | Mişel Monten

Əlbəttə, mən nəsnələr haqqında malik olduğum biliklərdən daha artıq biliklərə malik olmaq istərdim, amma mən biliyin nəyin bahasına başa gəldiyini bilirəm və onu belə baha qiymətə almaq istəməzdim. Və mən ömrümün qalan hissəsini ağır zəhmət içərisində yox, sakit tərzdə keçirmək istəyirəm. Mən elmin naminə də dəyərindən asılı olmayaraq nəyinsə üzərində baş sındırmaq istəmirəm. Mən əqli oyundan savayı, kitabdan başqa zövq almaq axtarışında deyiləm və yalnız bir elmlə — mənə yaxşı yaşamağı və yaxşı olmağı öyrədən özünü idraketmə elmi ilə məşğulam: Has meus ad metas sudet oportet equus (Məqsədə çatmaq üçün atım gərək var gücünü toplasın — Propersi).

Əgər mütaliə zamanı hansısa çətinliklə üzləşirəmsə, mən onun həlli üçün dəridən-qabıqdan çıxmıram. Sadəcə, onun öhdəsindən gəlmək üçün bir-iki cəhd göstərəndən sonra bundan yan keçirəm. Əgər mən bunun dərinliyinə varsaydım, yalnız vaxt itirəcək, özüm də bunların içində batıb qalacaqdım. Çünki mənim beynim elə qurulub ki, adətən, nəyisə bir dəfə oxuyan kimi qavrayıram. Nəyisə birinci oxunuşdan qavraya bilməmişəmsə, sonradan ciddi-cəhdlə bunun üstünə düşəndə daha pis anlamağa başlayıram. Mən hər şeyi şən ovqatla icra edirəm. Təkid və həddən artıq gərginlik şüuruma cansıxıcı təsir bağışlayır, məni yorur və kədər gətirir.
Davamı →

İdarəetmədəki əskikliklər haqqında | Mişel Monten

Mühakimələrindən çox əmin olduğum atam, bir gün təcrübələrinə əsasən, şəhərlərdə insanların öz ehtiyaclarını bildirəcəyi, istəklərini bir vəzifəli adama qeyd etdirəcəkləri bəzi yerlərin təyin olunmasının lazım olduğunu demişdi. Burada "İncilərimi satmaq istəyirəm" yaxud, "İnci satın almaq istəyirəm" kimi qeydlər ediləcək, məsələn, Parisə getmək üçün yol yoldaşı axtaran, yaxud müəyyən xüsusiyyətlərə malik bir işçi axtaran hər adam bura müraciət edə biləcəkdi.

Hər kəs öz ehtiyacına görə bura qeyd etdirə biləcəkdi. Mənə görə bu qarşılıqlı razılaşma imkanları insanlar arasındakı əlaqələri olduqca düzəldər. Çünki hər vaxt bir-birimizə ehtiyacımız olan vaxtlar vardır və dil tapa biləcəyimiz bir adam tapmamaq insanı böyük çətinlyə salır.
Davamı →

Niyyətimiz hərəkətimizi aydınlaşdırır | Mişel Monten

Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə reallaşır.

Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək qiymətləndirilərək tərifə layiq olurlar. Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını heç düşünmədiklərini açıqca göstərirlər.
Davamı →

Zalımlıq haqqında | Mişel Monten

Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər.

Ancaq fəzilət özünü rahatca ağlın yolu ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır.

İlk halda xeyirxah iş görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, “xeyirxahlıq”, ikincisi isə “fəzilətdir”. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir. 

Tərcümə edən: Fərid
Davamı →

Ölüm | Mişel Monten

Madam ki, ölümün qarşısını almaq mümkün deyil, onda ürəyi nə vaxt istəyir, gəlsin. Sokrata deyəndə ki: «Otuz Zalım səni ölümə məhkum etdi», «Təbiət da onları!» cavabını vermişdi.

Bütün dərdlərin qurtardığı yerə gedəcəyik deyə dərd çəkmək necə də axmaqlıqdır! Necə ki, doğulmağımız bizim üçün hər şeyin doğuşu oldusa, ölümümüz də hər şeyin ölümü olacaq. Elə isə, daha yüz il yaşaya bilməyəcəyik deyə ağlamaq, yüz il əvvəl yaşamadığımıza görə ağlamaq qədər dəlilikdir.

Ölüm başqa bir həyatın qaynağıdır. Bu həyata gələrkən də ağladıq, əziyyət çəkdik; bu həyata da əvvəlki formamızı soyunaraq girdik. Bircə dəfə başımıza gələcək hadisə böyük dərd sayıla bilməz. Bir anda baş verib sona çatan bir şey üçün bu qədər çox qorxu hiss etmək ağıllı işdirmi?
Davamı →