Qəhvə falı

Qızlar kişilər kimi səbirli deyil. Onlar hər şeyi əvvəlcədən öyrənmək istəyir, gələcək talelərini əvvəlcədən bilməyə can atırlar. Bunun üçün, inanmasalar da, cürbəcür fallara üz tutur və batil inancları yerinə yetirirlər. Necə deyərlər, fala inanma, faldan da qalma…

Gələcəyi görə bildiyini iddia edən bir çox falçılar müxtəlif üsullarla fala baxırlar. Lakin qəhvə falı bir növ əyləncə xarakteri daşıyır. Bu tərzdə qəhvə falları sadə qaydalarla baxılır. Qəhvə fincanı saat istiqamətinin tərsinə, baş üzərində üç dəfə çevrilir. Bu zaman bir dilək tutulur. Daha sonra qabın üzərinə doğru çevrilərək bağlanır.

Fincan sapından başlayaraq xəyali bir qütb, ekvator xətti ilə ikiyə yarılıb dörd parça şəklində tutulur. Saatın əqrəb– dəqiqə əqrəbinin dönmə istiqamətinə görə fala baxmağa başlanmalıdır. Xəyali qütb xəttinin sağ tərəfində qalan şəkillər müsbət simvollar olaraq şərh olunur, xəyali qütb xəttin sol tərəfində qalan şəkillər mənfi simvollar kimi yozulur.

Xəyali ekvator xətti üstündə qalan şəkillər üçün hadisələrin qısa bir zaman sonra reallaşacağını göstərdiyinə inanılır. Xəyali ekvator xətti altında qalan şəkillər hadisələrin daha uzun bir zaman sonra reallaşacağını bildirir.

Qəhvə falına baxdığınız adam haqqında şüuraltınızdakı mesajları xatırlamalısınız. Falına baxdığınız adamla fincandakı şəkillər arasındakı əlaqəni dərhal quraraq enerji meydana gətirməli, daha sonra bənzətmə və şərhi verməlisiniz. Fincandakı şəkillərin mənasının nə sizi, nə də falına baxtığınız insanı üzməsinə, ya da çox sevindirməsinə icazə verməməlisiniz, nəticə etibarı ilə fal olduğunu unutmayın.
Davamı →

Falçı, falıma bir də bax...

Falçı Mehri nənə: «Qız yapışıb, oğlan da onu almayıb, ona görə, nəfsi qalıb üstündə»

İnsanın başına bədbəxt, pis hadisələr gələn zaman o, pessimistliyə qapılır. İşlərinin düzgün getməməsi, evdə olan problemlər, münasibətlərdə gərginlik bir çox insanları yanlış fikrə sövq edir. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı, molla qapılarına üz tuturlar.

   İslam dininə görə, falçıya gedən, cadu etdirən insan Allaha şərik qoşmuş olur. Belə ki, falçıya, cadugərə, kahinə gedərək onların söylədiklərinə inanan Qurani Kərimə inanmamış olur. Falçıya fal baxdıranın, onun sözünə inanmasa belə, 40 gün namazı qəbul olmaz.

   Falçı Mehri uzun illərdir ki, bu sənətin sahibidir. Uzun illər falçılıqla məşğul olsa da, özünə bir şərait yarada bilməyən qadın «Gənclik» metrostansiyası yaxınlığında yerləşən yataqxanada yaşayır. Əvvəlcə onu deyək ki, bu falçı fala kofe ilə baxır. Xidmətin qiyməti isə 5 manatdır. Falçının qəbulunda olan əməkdaşlarımız orada gördüklərini, eşitdiklərini qələmə alıblar.

   Əməkdaşımız yaxınlaşıb, bir fincan qəhvəsini içdikdən sonra falçı söhbətə başladı:

   — Sənin ürəyində məhəbbətin, məhəbbətdə mehrin var. Məktəb illərində «R» hərfi ilə başlayan danışdığın oğlan olmuyub ki? Qara oğlan olub, səndən arıq olub.


Ardı →

Bürc Falı , Falçı

Fal, lüğətdə; «uğurlu saymaq» mənasındadır. Termin olaraq, «müxtəlif üsullarla, bilinməyəndən və gələcəkdən xəbər vermə və şəxsiyyət oxuma sənəti»dir. Bürc falı isə, «insanları, doğulduqları bürclərə görə qruplaşdıraraq gələcəyini oxumağa, qədərinə dair danışmağa» deyilir. Gələcək zamanda baş verəcək hadisələri xəbər verərək qeyb* sirlərini bildiyini iddia edənə falçı deyilir. Falçılıq*, çox köhnə dövrlərdən bəri bəzi insanlar tərəfindən rəvacda olan bir xüsusdur.


Ardı →

Kilid alveri...

Müəllim dedi: Əgər qərar qəbul olunmalıdırsa, o zaman onu qəbul etməkvə nəticələrlə üz-üzə gəlmək lazımdır. Sən nəticələrin necə olacağını əvvəlcədən bilə bilməzsən. Baxıcılıq sənəti gələcəyi göstərmək üçün yox, insanlara məsləhət vermək üçün hazırlanmışdır. O yaxşı məsləhət verir, gələcəkdən isə pis xəbər. Duaların birində İsa bizi öyrədərək, belə deyirdi: “Allah edəcək”. O çətinlik törətdiyi zaman, həllini də verir. Əgər baxıcılıq həqiqətən də, gələcəyi göstərməyi bacarsaydı, o zaman hər bir baxıcı varlı, evli və hər şeydən razı olardı.


Paulo Koyelyo-nun “Maktub” kitabından


Ardı →