Pərpərən bitkisinin faydaları

  • Flora
Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bir bitki Azərbaycanın hər tərəfində yabanı olaraq bitir. Yadımdadır Sovet dönəmində pərpərənin duza qoyulmuş turşusunu Azərbaycan istehsal edirdi və dünyanın bir çox dövlətlərinə eksport edilirdi, xatırladım ki, pərpərən turşusu indi də Avropada sevilərək istifadə olunur iş adamlarımız bu barədə düşünsələr yaxşı olar İnşAllah. Pərpərənin tərkibində minerallardan sink, mis, nikel, dəmir, kalsium, kalium, natrium, maqnezium və demək olar ki, vitaminlərin bir çoxu əsasən C vitamini, A vitamini daha çoxdur.
Davamı →

Havanı təmizləyən 9 otaq bitkisi

  • Flora
Yaşayış yerlərindəki çirkli hava insan xəstəliklərinin əsas səbəblərindəndir. Kərpic və beton divarlar isə formaldehid kimi zəhərli kimyəvi maddələr buraxır. Havanı işlənən plitələrin üzərində formalaşan bakteriyalar, kif, toz və karbon qazı da zəhərləyir. Evlərdə havanı təmizləyin ən yaxşı üsulu otaq bitkiləridir. 

Payızgülü
Bu bitki NASA-da çox sevilir. Məhz bu güllər kosmik agentliyin ofislərində havanın təmizlənməsi üçün istifadə edilir. Payızgülü istənilən yerdə havadakı ammiyak, benzol və formaldehidi udur.
Davamı →

Ənginarın faydaları

  • Flora

Orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirən qaraciyərin qorunması sağlamlıq üçün olduqca vacibdir.

Bu həyati vacib orqanın profilaktikası və müalicəsi üçün isə ənginar (artişok) ən yaxşı təbii dərman və vasitədir. Bu bitki zəngin vitamin və mikroelementlərlə bütövlükdə orqanizm üçün bir çox faydalı xüsusiyyətlərə malikdir.

Xalq təbabətində ənginarın qurudulmuş yarpaqlarından, çiçəklərindən, kökündən, toxumlarından və şirəsindən istifadə olunur.

Ənginar qaraciyər hüceyrələrini bərpa edir, onları toksinlərdən qoruyur, zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsini tənzimləyir.

Ənginarın tərkibində olan sinarin aterosklerozun inkişafına mane olur. Bu bitkidən iki həftə istifadə etdikdən sonra xolesterenin səviyyəsi kəskin şəkildə aşağı düşür, insanın səhhətində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Həmçinin sinarin orqanizmə ödqovucu və sidikqovucu təsir göstərir.


Ardı →

Çuğundurun faydaları

  • Flora
Çuğundur da digər tərəvəzlər kimi çox faydalıdır. Onun tərkibində mineral duzlar, vitaminlər, üzvi turşular və zülalları parçalayan maddələr var.

Çuğundurun şirəsi daha faydalıdır. Ürəkbulanma verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb sonra içmək lazımdır. Mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə çuğundur şirəsi içmək məsləhət görülmür. 

Faydaları:
— Orqanizmdən radiasiyanı, ağır metal duzlarını çıxarır.
— Həzmi yaxşılaşdırır.
— Mikrobları öldürür.
— Qan damarlarının divarlarını bərkidir. 
— Ürəyin işini tənzimləyir.
— Trombların yaranmasının qarşısını alır.
Ardı →

Sağlamlıq və gözəllik verən bitkilər

Təbiət ananın qucağından gələn bitkilərin bədənimizə, ruhumuza, görünüşümüzə təsirləri artıq tibbi olaraq da sübut edildi.

Çobanyastığı — sızanaq və egzamaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri yatırmaq və yuxuya keçişi asanlaşdırmaq üçün istifadə edilir.


Ardı →