Soyuqdəymə zamanı bu çayları içməyi unutmayın

Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz vəziyyətini yaxşılaşdırmaq üçün insan mümkün qədər çox maye qəbul etməlidir.

Maye orqanizmdən xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri yuyub aparır, yüksək hərarəti salmağa kömək edir. Aşağıda biz sizə soyuqdəymə zamanı ən faydalı sayılan içkiləri təqdim edirik.


Davamı →

Qarağat çayı

Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur. Təzyiqi tənzimləyən faydalı qara qarağat çayının resepti belədir.

3 x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və gün ərzində adi çay kimi için.

Bu çay damarları genişləndirir, təmizləyir və möhkəmləndirir, xolesterinin səviyyəsini aşağı salır.
Davamı →

Moruq saplağı

Moruqdan mürəbbə və ya kompot bişirdikdə saplaqlar adətən atılır. Lakin bu çox böyük səhvdir. Moruğun saplaqları moruq qədər xeyirlidir. Bu saplaqların tərkibində giləmeyvədə olan bütün faydalı maddələr mövcuddur. Bu səbəbdən saplaqları atmayın, onları qurudun və soyuq fəsillərdə faydalı dəmləmələr və çaylar hazırlayın.

1 ç.q. moruq saplağını 1 fincan isti suda dəmləyin və ətirli, faydalı, müalicəvi çaydan zövq alın. Moruq saplaqlarından hazırlanmış çayın müalicəvi xüsusiyyətləri:
— soyuqdəymə zamanı çox faydalıdır
— iltihabları azaldır
— immun sistemini möhkəmləndirir
— baş ağrısını müalicə edir
— tərkibində olan antioksidantlara görə orqanizmi cavanlaşdırır
— orqanizmdən ziyanlı maddələri xaric edir.
Davamı →

Soğan qabığından müalicəvi çay

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Davamı →