Yaddaşı gücləndirmək üçün 15 faydalı tövsiyə | Güclü yaddaş

İnsanların bir çoxu yaddaşının zəif olmasından şikayət edir. Əslində isə, yaddaşımızı zəif edən bizim seçdiyimiz yanlış həyat tərzi və vərdişlərdir.
Bəs daha yaxşı bir yaddaşa sahib olmaq üçün nə etməli?
15 maddədə bu suala cavab verdik:

1.  YENİ DİL ÖYRƏNİN

Yeni bir dil öyrənmək beyninizi daha funksional edəcək.

Davamlı olaraq yeni şeylər öyrənməklə beynin onları yadda saxlamaq qabiliyyətini artırır.Belə ki, öyrəndiyiniz hər söz beyində yeni neyronlar və bağlantılar yaradır. Öyrəndiyiniz söz və ifadələri  xatırlamaqla həm də beyin məşqi etmiş oluruq.


Davamı →

Kaktusun bilmədiyimiz faydaları

Kaktusun faydalarıKompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından cox önəmli bir qidadır. Kaktus tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı?
 
Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir.
 
 
Xolesterolu aşağı salır
 
Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.
 
 
Şəkər xəstəliyinə faydalıdır
 
Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.
 
 
Kaktus yarpağı xərçənglə mübarizə aparır
 
Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.
 
 
Həzmi dəstəkləyir
 
Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.
 
 
Arıqladır
 
Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.
 
 
Beyin hüceyrələrini qoruyur
 
Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir.
 
 
İltihabı azaldır
 
Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. “Kuersetin” adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.
 
 
Kaktus necə yeyilir?
 
Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar. 
 
Mənbə: aile.lent.az
Davamı →

Üzümün faydaları

Ürəyə və bədənə gümrahlıq verən, bayramlarda ziyafətlərin bəzəyi olan üzüm haqqında danışacaq onun xeyirlərini öyrənəcəyik. Üzümün sağlamlığımıza göstərdiyi təsir çox əladır. Belə ki, üzüm meyvəsi böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər, qaraciyəri tənzimləyər. Qara üzüm qabığı və tumları ilə birlikdə yeyilərsə, hüceyrə yenilənər. Üzüm həzm prosesini asanlaşdırır, qan azlığını tənzimləyir. Lakin onu da qeyd edək ki, kalorisi yüksək olan üzümün 1 gündə 15-20 ədəddən çox yeyilməməsi lazım olduğunu unutmayın.

Ardı →