Feli sifət

Azərbaycan dilində olduğu kimi, türk dilində də feli si­fətin həm felə, həm də sifətə aid xüsusiyyətləri var. Felə məxsus inkarlıq, növ, təsirlilik, zaman kateqoriyaları, sifətə məxsus əlamət bildirmə, cümlədə təyin rolunda çıxış etmə, substantivləşmə, kəmiyyət şəkilçisi qəbul etmə, hallanma, mən­subiyyət şəkilçisi qəbul etmə və s. xüsusiyyətlər türk dilində də feli sifətin səciyyəvi cəhətlərini təşkil edir.
Feli sifət özlüyündə zaman bildirməsinə baxmayaraq, onun konkret olaraq hansı zamana aidliyi cümlənin xəbərində ifadə edilən zamana görə, ümumiyyətlə, kontekst daxi­lində müəyyənləşir. Məsələn, indiki zaman feli sifəti qəbul edilən -an, -en mətnə görə indiki, keçmiş və geniş zamana aid ola bilər.
Davamı →

Feli sifət

Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır. felı sifət şəkilçiləri aşağıdakılardır:
1. –an2 İkivariantlı bu şəkilçi vasitəsi ilə indiki zaman mənalı feli sifətlər düzəlir: qaç-an (at), açıl-an (səhər), gəl-ən (uşaqlar), gör-ül-ən (işlər). Fel kökü saitlə bitdikdə bitişdirici y samiti əlavə olunur: oxu-yan (şagird), mələ-yən (qıızıı) və s.
2. –mış2 Dördvariantlı bu şəkilçi ilə keçmiş zaman mənalı feli sifətlər düzəlir: yat-mış (körpə), dəril-miş (meyvə), yuyul-muş (paltar), bükül-müş (qəzet) və s.
3. Mənsubiyyət şəkilçisi ilə işlənən -dıq4 şəkilçisi vasitəsilə də keçmiş zaman mənalı feli sifətlər düzəlir: yaz-dığ-ım (mək-tub), çək-diy-in (şəkil), oxu-duğ-umuz (kitab), gör-düy-ü (iş) və s.
Davamı →