Felin sadə şəkilləri

Fellər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür:
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Felin şəxsə və kəmiyyətə görə dəyişən formalarına felin təsriflənən formaları deyilir. Felin təsriflənən formalarına felin sadə və mürəkkəb şəkilləri daxildir.

Felin sadə şəkilləri



Felin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini büdirir. felin altı sadə şəkli var:
  1. Əmr şəkli
  2. Xəbər şəkli
  3. Arzu səkli
  4. Vacib şəkii
  5. Lazım şəkli
  6. Şərt şəkli

Davamı →

Felin vacib,arzu,şərt şəkli

FELİN VACİB ŞƏKLİ

Türk dilində felin vacib şəkli dilimizdə olduğu kimi, -malı, meli şəkilçisi vasitəsilə düzəlir və şəxslər üzrə təsrif olunur:

gelmeliyim

gelmeliyiz

gelmelisin

gelmelisiniz

gelmeli(dir)

gelmelidirler

Ne yapmalı, nereye gitmeli? Bugün gidip İhsan'a sormalıyım; Şu kitabı okumalısınız.


Ardı →

Felin bacarıq şəkli

Türk dilində «yeterlik fiili» adı verilən felin bacarıq şəkli (mümkünlük aspekti) «bilmek» felinin köməyi ilə düzə­lir. «Bilmek» feli -a, -e // -ya, -ye feli bağlama şəkilçisi qəbul etmiş fel kökünə bitişdirilir və felin bütün zamanlarında işlənir, şəxs şəkilçiləri «bilmek» felinin kökünə artırılır.


Ardı →

Felin mürəkkəb şəkilləri

Felin mürəkkəb şəkilləri sadə şəkillərinin üzərinə idi, imiş isə hissəciklərini artırmaqla yaranır. Bu hissəciklərdən hansı biri ilə işlənməsinə görə felin mürəkkəb şəkilləri üç yerə bölünür. fel şəkillərinin hekayəsi, fel şəkillərinin rəvayəti, fel şəkillərinin şərti.

Fel şəkillərinin hekayəsi

Fel şəkillərinin hekayəsi felin sadə şəkillərinə idi hissəciyini artırmaqla düzəlir. Bu hissəcik felin əmr şəklinə və şühudi keçmiş zamana artırılmır. İdi hissəciyi sonu samitlə bitən fel şəkillərində həm ayrı, həm də bitişik yazılır: yazmış idi- yaşmışdı, gəlir idi — gəlirdi, gələcək idi — gələcəkdi və s.
İdi hissəciyi sonu saitlə bitən fel şəkillərində ayrı yazılır: kaş ala idi, almalı idi, alası idi, alsa idi və s. Sonu saitlə bitən fel şəkillərinin tələffüzü yazılışından fərqlənir. Yuxarıdakı nümunələr bu şəkildə deyilir: [alaydı], [almalıydı], [alasıydı], [aisaydı].
Fel şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəciyinə və ya onun şəkilçiləşmiş qısa formasına (-dı4) artırılır.
Fel şəkillərinin hekayəsində iş və hərəkətin keçmiş, indiki, gələcək zamanlardan birində görülüb-görülmədiyi, bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir. Məsələn: almış idi, alırdı, alacaq idi (və ya almamış idi, almırdı, almayacaqdı). Bu nümunələrdə iş sıra ilə keçmiş, indiki və gələcək zamanlarda baş vermiş, bu barədəki məlumat isə sonradan verilmişdir.


Ardı →