İnsanları qiymətləndirmə meyarlarımız

Əslində «meyar» sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də, gündəlik həyatımızda «qiymətləndirmə meyarı» ifadəsinə daha sıx rast gəlirik.
Meyar — hər hansı bir hadisəyə, işə, davranışa və s. qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir. Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək anlamında istifadə edilir. Biz duyğu orqanlarımız vasitəsilə (gözlər, qulaqlar, dil, burun, dəri) ətraf aləmlə əlaqə qururuq. Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə, daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizdə müəyyən bir rəy, münasibət formalaşır.

Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil, şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki, hər kəsin yaşadığı mühitə, dünyagörüşünə, yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır:


Davamı →

Beyinin müqaviməti- Hisslər, yoxsa məntiq?

Fikir bildirmək
Önə çıxmaq instinktinin təzyiqiylə hər mövzuya fikir bildirib, nəsə bir söz demək istəyi çox vaxt insanı xoşagəlməz vəziyyətlərə salır. Bir mövzu haqda çox danışmaq hələ onu yaxşı bilmək anlamına gəlmir. Daim başqalarının düşüncələrini — çox vaxt yanlış fikir sahiblərinin, bəzənsə doğru fikir sahiblərinin, amma yanlış, yarım-yapalaq qavramaqla — təkrarlamaq asan yola can atmaqdır.
Bununla özümüzü hərtərəfli, bilikli, superintellektual kimi göstərməyə çalışsaq da, bir məqamı nəzərdən qaçırmamalıyıq: «bilmirəm» sözü məsuliyyətin, dürüstlüyün, təvazökarlığın göstəricisidirsə, yerli-yersiz «bilirəm» demək sözlə reallıq arasındakı əlaqəyə dəyər verməmək, yalanın nəfəs tapmasından narahatlıq keçirməməkdir.

Davamı →