İqtisadi təlimlər tarixində fiziokratizmin yeri və rolu

İqtisadi təlimlər tarixinin inkişafında və siyasi iqtisadın bir elm kimi formalaşmasında fiziokratlar mühüm rol oynamışlar və onların bu elm sahəsində xüsusi mövqeyi və yeri vardır.
XYIII əsrdə meydana gələn burjua siyasi iqtisadının ilk sistemi birtərəfli — analitik metodun aradan götürülməsi ilə üzvi surətdə bağlıdır. Birtərəfli — analitik metod sadə, bir-birilə əlaqəsi olmayan iqtisadi abstraksiyaya (mücərrədlik) söykənirdi. Bir-birilə əlaqəsi olmayan bu sadə iqtisadi hadisələrin qeydə alınması və abstraktlaşdırılması nəticəsində aşağıdakı kateqoriyalara əsaslanan iqtisadi sistem yaranmağa başladı. Məsələn, əmək, əmək bölgüsü, tələbat, mübadilə dəyəri. Mübadilə dəyəri dövlətə, beynəlxalq mübadiləyə və dünya bazarına aid edilirdi.
Ardı →

Fiziokratlarin iqtisadi proqrami

Fiziokratlar məktəbinin görkəmli nümayəndələrinin iqtisadi baxışlarının şərhindən sonra bu məktəbin yaratdığı və qarşıya qoyduqları məqsəd — onların iqtisadi proqramı — üzərində dayanaq.
Fiziokratların iqtisadi siyasət proqramının bir çox ideyalarını F.Kene özünün yuxarıda göstərdiyimiz, "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri" kitabında şərh etmişdir. O, bu əsərində göstərmişdir ki, ali hakimiyyət vahid olmalıdır və cəmiyyətin bütün üzvlərindən yüksəkdə dayanmalıdır. Ali hakimiyyət cəmiyyətin bütün təbəqə və zümrələrinə qarşı ədalətli olmalıdır.
Ardı →

Tyürqonun iqtisadi baxişlari və fiziokratizmin inkişafi

Fiziokratlar məktəbinin tarixi inkişafında Ann Rober Jak Tyürqonun (1727-1781) xüsusi xidmətləri olmuşdur.
Elmi cəhətdən Tyürqo novator, dərin biliyə və tərəqqipərvər ideyalara malik idi. Onda incə müşahidəçilik və əsl nəzəri qabiliyyət vardı. Tyürqo ensiklopedistlər və fiziokratlar ilə yaxınlaşaraq «Ensiklopediyada» məqalələr çap etdirir və iqtisadi məsələlərə dair bir çox əsər yazır.
1766-cı ildə «Sərvətin yaranması və bölüşdürülməsi haqqında düşüncələr» adlı əsərini yazır və əsəri 1776-cı ildə kitab şəklində çap etdirir.
Ardı →

Fransua Kenenin "iqtisadi cədvəl"i

Kapital haqqında təlim təkrar istehsal prosesinin və bütövlükdə ictimai kapitalın tədavülünün təhlili F.Kene üçün çıxış nöqtəsi idi. Siyasi iqtisad elmində o, ilk dəfə istehsalın və satışın daima «təkrar istehsalı» anlayışından istifadə etmiş və ümumiyyətlə, «təkrar istehsal» kateqoriyasını bu elmə o gətirmişdir. Təkrar istehsal prosesinin təhlilini F.Kene özünün məşhur əsəri olan "İqtisadi cədvəl«də vermişdir (1758).
»İqtisadi cədvəl«də F.Kene üç birləşmiş sinifdən ibarət olan cəmiyyətə vahid bir orqanizm kimi baxmışdır. Çünki F.Kenenin „İqtisadi cədvəl“ində məcmu məhsul tədavül prosesi zamanı bilavasitə üç sinif arasında bölüşdürülür. F.Kene yazırdı ki, millət üç sinif vətəndaşlardan ibarətdir. Buraya o, aşağıdakı sinifləri daxil edirdi: məhsuldar sinif, mülkiyyətçi siniflər, səmərəsiz sinif. Məhsuldar sinfə və ya fermerlərə o torpaqdan istifadə edənləri, torpaqla əlaqədar olaraq xərc çəkən adamları daxil edirdi. Beləliklə, məhsuldar sinif dedikdə o, kəndliləri, fermerləri, kənd təsərrüfatında olan muzdlu fəhlələri, yəni kənd təsərrüfatında məşğul olan bütün əhalini başa düşürdü. Mülkiyyət sahiblərinə isə F.Kene „xalis məhsul“ əldə edənləri, yəni torpaqdan gəlir alanları aid edirdi.
Ardı →

Fransua Kene fiziokratlar məktəbinin banisi kimi və onun iqtisadi baxişlari

Fiziokratlar məktəbinin əsasını qoyan Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində ana­dan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. Valideyin­ləri F.Keneye heç bir təhsil verə bilməmişdilər. Lakin o, müstəqil olaraq təhsillə məşğul olur, hətta latın və yunan dillə­rini öyrənir. Çox gənc yaşlarında tibb ilə maraqlanır. Kənd cər­rahından dərs alan Kene sonralar Parisdə tibb məktəbində oxuyur və nəhayət, məşhur həkim olur. O, bir neçə tibb əsəri yazır və 1749-cu ildə istedadlı bir həkim kimi Markiz de Pom­padurun şəxsi həkimi, 1752-ci ildə isə XY Lüdovikin həkimi olur. Ona zadəgan titulu verirlər, Versal sarayına köçür, sonra­lar isə iri mülk sahibinə çevrilir. O, görkəmli alim-bioloq kimi də fəaliyyət göstərmişdir.
F.Kene tibb və biologiya elmləri ilə yanaşı fəlsəfə ilə də məşğul olur, Malbranşın və Dekartın əsərlərini öyrənir. Fəlsəfə ilə məşğul olmaqla, maarifpərvər filosofların əsərlərini öyrən­məklə F.Kene insan cəmiyyətinə kainatın məhsulu kimi ba­xırdı. İnsan cəmiyyətini F.Kene təbiətin qanunlarına tabe olan aləm adlandırırdı. Təbiət qanunlarını öyrənərək o hesab edirdi ki, nəinki təbiətdə, hətta cəmiyyətdə də mübadilə ekvivalentlik prinsipinə əsaslanır. Bu ideyadan Kene iqtisadi tədqiqatla­rında da istifadə edirdi.
Ardı →

Fiziokratlar məktəbinin yaranmasinin tarixi şəraiti və ümumi xüsusiyyətləri

İqtisadi təlimlər tarixində fiziokratlar məktəbi mühüm yer tutur və bu məktəbin nümayəndələri bir çox yeniliklər yarat­mışlar. Fiziokratların yaradıcılığı feodalizmdən kapitalizmə ke­çid dövrünə təsadüf edir ki, bu dövrdə Qərbi Avropa nisbətən yetkinləşmiş iqtisadi inkişaf mərhələsində idi. XVIII əsrin or­talarında Qərbi Avropada kapitalizmin inkişafı çox uzağa get­mişdi. İngiltərədə sənaye çevrilişi başlamışdı. Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Fransada manufak­tura kapitalizmi antifeodal inqilab ərəfəsinə daxil olmuşdu. Məhz buna görə də Qərbi Avropada kapitalizmin yaranması və inkişafı merkantilistlərin proqramına və nəzəriyyələrinə yeni­dən baxmağı tələb edirdi.İlkin kapital yığımı dövrü artıq başa çatmışdı. Aqrar ölkə­lərdə, xüsusilə müstəmləkələrdə ticarət öz ictimai əhəmiyyə­tini itirmişdi.


Ardı →