Fransızsayağı arıqlama

Fransız qadınları çörək yeyir, şokoladı sevir, yaxşı nahardan sonra desert dadmağı xoşlayırlar. Bəs niyə kökəlmirlər?

O günü “Mado”da kofe içirdim. Yan stolda yaz quşları kimi mehribancasına civildəşən iki fransız qadını əyləşmişdi. Əlli-əlli beş yaşlarında olardılar. Amma fiquralarına görə tələbə qızlardan heç fərqlənmirdilər. Düşündüm ki, indi qulançar və mineral su sifariş edəcəklər. Heç də yox! İştaha ilə  qoyun pendiri, əzmə koklet aşırtdılar. Sonra hələ desert də gəldi, birinə-şokoladlı tort parçası, digərinə isə bir dolu nəlbəki karamel kremi. Bütün bunların üstündən qadınlar qırmızı şərab içdi. Həsrətlə düşündüm: genetika…

Amma Mirey Qalyonun “Fransız qadınları niyə kökəlmir?” adlı kitabını oxuduqdan sonra haqlı olmadığımı anladım.

Mirey gənc yaşlarında təcrübə keçmək üçün Amerikaya gedib. Çox az müddətdə o, kök xanıma çevrilir. Bir ildən sonra Havr limanında onu qarşılayan atası məyusluğunu gizlədə bilmirdi: “Sən artıq kartof torbasına oxşayırsan!”

Amerikanın qidalanma sistemi qarşısında həm genetika, həm də əsrlərlə davam edən fransız ənənələri aciz idi. Yalnız Mireyin “Doktor möcüzə” adlandırdığı ailə həkimi qıza əvvəlki bədən ölçülərini qaytarmaqda və onları ömrü boyu qoruyub saxlamaqda köməkçi oldu. İndi Mirey Qalyano ilin çox hissəsini ABŞ-da yaşayır, amma ona baxan kimi fransız qadını olduğuna şübhə etməyəcəksiniz.


Ardı →