Frappe

frappeFrappe (fran. frapper – vurmaq, tıqqıldatmaq, zərbə endirmək) qatı və soyuq kokteyllərdəndir. Onun əsas tərkibi süd, dondurma və meyvə siropundan ibarətdir. Frappe əsasən alkoholsuz içkilərdən hesab edilir, amma, bəzən onu sərt alkohollu içkilərə əlavə edirlər. Frappe kremlərə, likörlərə, tinkturalara, biterlərə əlavə edilərək də içilir. Bəzən frappeyə şokolad, meyvə və giləmeyvə əlavə edib içilir. Onu buzlu və buzsuz içmək mümkündür. Mütəxəssislər gün ərzində 50 ml-dən çox alkohollu frappe içməyi məsləhət bilmir. O soyuq halda və udum-udum içilən içkidir.

Ən məşhur frappe Kofe Frappedir. Onu Nestle şokolad firması hazırlayır. Bu frappe tez hazırlanan qidalardandır. Kofe Frappenin tərkibində kofe, süd, şəkər var. O buzla içilir.

Alkoholsuz, kofe və meyvə-giləmeyvə tərkibli frappe orqanizmi tonuslandırır. Onun tərkibində çoxlu faydalı maddələr var. Bu maddələrin siyahısında əvəzolunmaz amin turşuları, heyvan mənşəli yağlar və s. var. Süd və dondurma tərkibli frappenin tərkibində çoxlu miqdarda kalsium, fosfor, kalium, dəmir və s. var. 
Davamı →

Frappe

İnqridientlər:
1 stəkan soyuq süd
1,5 çay qaşığı hazır qəhvə
3-4 dilim buz
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı krem
Krem şanti və şokolad sousu

Hazırlanması:
Bir böyük stəkana qəhvə, şəkər və südü əlavə edib yaxşıca qarışdırın. Qarışım köpüb stəkanın ağzına kimi dolmasına az qalmış kremi və buz dilimlərini əlavə edib qarışdırın.
Üzərini krem şanti və şokolad sousu ilə bəzəyin.
Nuş olsun!
Davamı →