Eynək seçərkən nəyə diqqət yetirməli?

Eynək dəbin əsas elementlərindən biridir. Rəngli, müxtəlif formalı eynəklər xüsusən yaz və yay aylarında çox geniş yayılır. Yaşı və cinsindən asılı olmayaraq hər kəsin marağına səbəb olan, eyni zamanda ən çox işlənən əşyalardan hesab olunan eynəklərə daha çox meyl edən isə xanımlardır.

Əvvəllər bəyaz şüşəli, sadə korpuslu eynəklərdən sadəcə yaşlı insanlar istifadə edirdisə, indi belə eynəklər dəbə də ayaq açıb. İndi sadə, optik olmayan şüşələrdən hazırlanan, gözləri zəif olmayan insanlar üçün nəzərdə tutulan bu eynəklərə də maraq böyükdür. Amma bəlkə də çox az adam optik olmayan eynəklərin ziyanlı olduğunun fərqindədir.

Oftalmoloq Leyla Məmmədovanın sözlərinə görə, optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər: «Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır.
Davamı →

Gün eynəkləri

Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Həkimlər isti günlərdə eynəklərin sağlamlıq üçün labüd olduğunu deyirlər. Yayda gün eynəyi alarkən nəyə diqqət etmək lazımdır?
Hər küçədə, keçiddə satılan ucuz eynəklər ultrabənövşəyi şüaları əks etdirən xüsusi örtüyə malik deyillər. Bu çox təhlükəli vəziyyətdir. Eynək alarkən onların keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır.

Rəng

İndi istənilən rəngdə eynək almaq mümkündür – göy, qara, bənövşəyi, sarı. Dünyaya qırmızı şüşədən baxmaq məsləhət deyil. Gözlər üçün ən yaxşı rəng qəhvəyi, sarı və yaşıldır.
Davamı →