Günəbaxan tumları sağlamlıq üçün faydalıdır

Günəbaxan tumları çox faydalı məhsuldur. Amerika alimlərinin son araşdırmaları göstərib ki, tumun gündəlik az miqdarda istehlakı orqanizmdə qocalma proseslərini ləngidir. Lakin nəzərə alın ki, tum çiy olmalıdır.

Tumun tərkibində çoxlu miqdarda fosfolipid, vitamin və sterollar var. Fosfolipidlər sözün əsl mənasında möcüzəli maddələrdir, onların orqanizmə olan müsbət təsiri olduqca çoxdur — ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyətini tənzimləyir və s.
Davamı →

Günəbaxan tumunun faydaları

Qida mütəxəssisləri qeyd edirlər ki, günəbaxan tumunun tərkibi E vitamini ilə zəngindir. E vitamini insan orqanizimi üçün çox faydalıdır və selenium miqdarını insan bədənində artıraraq yaşlanmağın qarşısını alır.

Cinsindən və hansı yaşda olmasından aslı olmayaraq hər kəs cavan və gümrah qalmağa üstünlük verir. İnsanlar yaşadıqları illər boyunca hər zaman bu mövzuda axtarışlar edirlər.

Mütəxəssislər qeyd edirlər ki, günəbaxan tumu göz sağlamlığı ilə bərabər həmçinin xərçəng və funksiya pozğunluğuna qarşı çox güclü vasitədir.

Davamı →