Gəlinlərə 5 məsləhət

1. Toya bir neçə gün qalmış qaralmaq
Dərinin təbii qaralıq əldə etməsi üçün bir neçə gün keçməlidir. Günəşə çıxmadan qaralmaq istəyirsinizsə, qaraldıcı məhsulları dərinizə toydan ən azı 3 gün əvvəl sürtməlisiniz.

2. Saç və makiyajı əvvəlcədən müəyyən edin
İnternetdən tapıb bəyəndiyiniz saç və makiyaj tərzi sizin üçün doğru seçim olmaya bilər. Toy günü əhvalınızı korlamaq istəmirsinizsə, seçdiyiniz saç və makiyajın yaraşıb-yaraşmadığını əvvəlcədən müəyyən etməlisiniz.

3. Parıltıda ifrata varmaq
Haylayteri ancaq almacıq sümükləri və qaşların altına, göz ətrafına, bir də sinə dekoltesinə çəkin. Alnınıza və burnunuza isə haylayter sürtməkdən çəkinin. İşıltıdan çox istifadə üzünüzü olduğundan parıltılı göstərəcək və təbii effekt vermədiyi üçün heç də yaxşı görünməyəcək.
Davamı →