Yad planetlilər (gəlmələr)

İnsanların 20 faizi yad planetlilərin mövcud olduğuna inanır. «Reuters Ipsos» bu barədə 22 ölkədə 23 min insan arasında sorğu aparıb. Nəticələrə görə, Hindistan və Çində əhalinin 40 faizi yad planetlilərin insan qiyafəsində aralarında olduğuna inandığını deyib.
Bu iddiaya ən az inan isə Belçika, İsveç və Hollandiyada yaşayanlardı. Adıçəkilən ölkələrdə cəmi 8 faiz gəlmələrə inanan var.
Sən demə, kişilər qadınlardan daha çox yad planetlilərə inanır. Belə ki, kişilərdə bu rəqəm 22, qadınlarda isə 17 faizdir.
Qeyd edək ki, gəlmələrin olduğuna və onların insanların arasında yaşadığına inanaların əksəriyyəti 35 yaşdan aşağıdır.
Ardı →