Gəncliyə xitab

  • Esse
Ey Gənclik! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. İndi sənin qarşında yoxdan bir bayraq yaratmaqdan heç də az əhəmiyyətli olmayan daha vacib bir vəzifə var. Sən mədəni cəhətdən daha inkişaf etmiş xalqların qızları ilə izdivac qurub övladlarının təlim və tərbiyəsini onların öhdəsinə buraxmalısan. İndi sənin millətçi, vətənpərvər vaxtındır. Yəqin ki, yuxarıda yazılan sözlər bir millətçi, bir vətənpərvər kimi sənin izzəti-şərifinə toxunur. Vaxt gələcək sən nə dediyimi anlayacaqsan və yuxarıda yazılanlara əməl etməsən, o zaman dəhşətli dərəcədə peşmanlıq hissi keçirəcəksən. Lakin bu peşmanlıq hissinin heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq gec olacaq.

Biz ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə toxunmuşuq. Zooparkda bizim anaların və müəllimlərin, onların tərbiyə etdiyi uşaqların davranışlarını gördükdə ayrıca bir yazı yazıb öz tərəfimdən sizə daha bir yaxşılıq etmək qərarına gəldim. Qardaş qardaşa bu dərəcədə böyük miqyasda yaxşılıq etməz. Əməl etsən qazanarsan, etməzsən nə demək istədiyimi zaman özü sənə başa salar.
Davamı →

21 yaşındakı oğlana məsləhətlər

İndiki ağlım və 21 yaşım olsaydı, nələr edərdim? Təəssüflər olsun ki, bir çox məqamları başa düşmək üçün vaxt lazım olur insana. Bəzi şeyləri gec anlayırıq. Sən 21 yaşındasansa, bu tövsiyələr işinə yaraya bilər. Kaş 21 yaşım olanda bunları biləydim…

1. İnsanlarla əlaqə qurmaq istəyirsənsə, istiqanlı olmalısan. İnsanlarla yaxşı münasibət quraraq, işığa uçan həşəratlar kimi insanları özünə cəlb edə bilərsən. 

2. Sağlam ol. Hər şeyin əvvəlində sağlamlıq dayanır. Xəyallarındakı o model qızı xəstə yatağında düşünmədiyinə əminəm. Mütləq idman elə. Sağlam qidalan. 

3. Şən olmağın açarı nədir, bilirsən? Həyatı ciddiyə almamaq… 

4. İnsanlarla mübahisə edəndə məntiqini işə sal. Əgər mübahisə zamanı məntiqli fikir səsləndirmirsənsə, yüz faiz nə danışdığını bilmirsən.

5. Təmkinini itirsən, mübahisədə uduzacaqsan. Təmkinini qoru. Əgər bir qadın səni qıcıqlandırmağı bacarırsa, qalib də o olacaq. 
Ardı →