Gülabın faydaları

Gülab gül ləçəklərindən və ya müxtəlif bitki yarpaqlarından əldə edilən içkidir. Gülabın hazırlanma tarixi qədimlərə qədər gedib çatır. Gülabdan alkohollu içkiləri, mineral suları, siropları, müxtəlif meyvələrdən hazırlanan içkiləri dadlandırmaq üçün istifadə edilir. Giləmeyələri qaynatdıqdan sonra suya gülab və şəkər tozu əlavə etdikdə dadlı şərbət əldə edilir.

Gülabın hazırlanma texnologiyası ilə sərt dərman miksturaları, tinktura və dərman maddələri də hazırlanır. Müalicəvi tərkibli bitkilərdən hazırlanan gülabdan az miqdarda suya damızdıraraq içmək orqanizmə müalicəvi təsir göstərir. Gülab hazırlamaq üçün xüsusi qazandan istifadə edilir. Qazan mütləq misdən hazırlanmalıdır. Bu qazan iki hissədən ibarət olur. Alt hissəyə istənilənn bitki və ya gül ləçəkləri tökülür və qazanın üst hisəəsi qapanır. Qazanın ikinci hissəsi isə xüsusi quruluşa malik olur. Onun aşağı hissəsi dairəvi və qabarıq, üstündə isə su tökmək üçün yer olur.
Davamı →