Yaxşı əhval-ruhiyyədə qalmağın 5 yolu

Nəsə sizi narahat edir?! Bu haqda düşünməyə son qoyun, gününüzə pis xəbərlər və ya mübahisələrlə başlamayın. 
Sizlərə təqdim etdiyimiz məqalədə yaxşı əhvalda qalmanın və depressiyanı özünüzdən uzaq tutmanın yolları ilə tanış olacaqsınız.

1. Doyunca yatın. Normal yuxu 6-8 saat olmalıdır. İnsandan asılı olaraq bu rəqəm dəyişə bilər. Bütün həftə davam edən yorğunluğu həftə sonu çox yatmaqla çıxarmaq mümkün deyil. Hətta normadan bir saat az yatmaq növbəti günkü fəallığınıza təsir edə bilər.
Yuxusuzluq əhvalınıza mənfi təsir göstərə və düşünmə bacarığınızı zədələyə bilər.

2. Sizi narahat edən şeylər haqqında düşünməyin. Sizi narahat edən bir şey haqqında davamlı şəkildə düşünmək yanlış qərarlar və ya məyusluğa yol aça bilər. Beyninizin mənfi düşüncələrlə “dolmasının” qarşısını almaq üçün onu bədbin fikirləri sizdən uzaq tutacaq müxtəlif düşüncələrlə doldurmalısınız. Yaxşı bir film bu işdə sizə kömək edə bilər.

3. Yatmazdan əvvəl xoşbəxt sonluqlu bir kitab oxuyun və ya film izləyin. Baxdığınız qorxulu və ya pis məzmunlu bir film pis yuxulara yol aça bilər. Bu isə hətta növbəti gün əhvalınıza təsir edə bilər.

4. Günə pis və ya bezdirici xəbərlər oxumaqla başlamayın. İdman və ya sizə maraqlı gələn hər hansı başqa bölmədəki xoş və sadə xəbərləri oxuyun. Necə deyərlər, günə necə başlasanız, elə də bitirəcəksiniz.

5. İş gününün sonunda bir az gəzişin. İşdən sonra yaxınlıqdakı parkda bir az gəzişin. Bu, əhvalınızı tamamən dəyişəcək və günün sonunda bütün yorğunluğunuzu atmağa sizə kömək edəcək.
Davamı →

100 insandan ibarət dünya

Əgər dünyada cəmi 100 insan yaşasaydı, onlardan 57-si Asiyadan, 21-i Avropadan, Şimali və Cənubi Amerikadan cəmi 14 nəfər və 8 nəfər Afrikadan olacaqdı. 52-si qadın, 48-i kişi olacaqdı, 30-u ağdərili, 70-i isə başqa irqin nümayəndələri olacaqdı.

30-u xristian, 23-ü müsəlman, 47-si isə başqa dinə sitayiş edənlər olacaqdı. 6 insan dünyanın 595 sərvətinə yiyələnəcəkdi və onlar Şimali Amerikada olacaqdılar. 80 insan kasıbçılıq içində yaşayacaqdı. 70 insan oxumağı və yazmağı bilməyəcəkdi və 50-si ac qalacaqdı. Hər gün bir insan ölüb, bir insan doğulacaqdı. 1 insanın ali təhsili olacaqdı və cəmi bircə insan kompyuter sahibi olacaqdı.

Yüzlərlə insanın həftənin axrına çata bilmədiyi vaxtda, əgər sən səhər sağ salamat dura bilirsənsə, sən xoşbəxt adamsan. Müharibədə iştirak edənlərdən, aclıqdan, işgəncələrdən, tənhalıqdan əziyət çəkənlərdən biri deyilsənsə, sən xoşbəxt adamsan.

Əgər sən sərbəst qorxmadan öz dininə sitayiş edə bilirsənsə, sən xoşbəxt adamsan, çünki dünyada 3 milyarda yaxın insan bundan məhrumdur. Əgər başını soxacağın bir evin varsa, əynində paltarın varsa və soyuducunda yeməyin varsa sən dünya əhalisinin 75%-dən daha imkanlısan.

Əgər bankda və ya pul kisənizdə bir miqdar pulunuz varsa, deməli dünyada uğura nail olmuş 8% insanların siyahısına daxilsiniz. Əgər siz sərbəst bu məqaləni oxuya bildinizsə, deməli siz oxuya bilməyən 2 milyard insanlardan fərqlənirsiniz.
Davamı →