Ruanda soyqırımı

  • Hərb
Rus və xarici afrikaşünaslıq elmi 1994-cü ildə Ruandada baş vermiş soyqırımı, adətən, tutsilərlə xutular arasında irrasional “etniklərarası münaqişə” kimi xarakterizə edir. Amma o dəhşətli qırğının etnik konnotativ səbəblərini bir kənara qoysaq, aydın olur ki, sözügedən faciənin birbaşa iştirakçılarının və icraçılarının arxasında güclü siyasi qüvvələr dayanırdı. Parisdə tutsilərin Uqandadan Ruanda ərazilərinə ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş hücumunu amerikalıların, Fransanın maraqları sferasına müdaxiləsi kimi qiymətləndirmişdilər. Sənədlər göstərir ki, Yelisey sarayının fikrincə, tutsilərin mövqeyinin möhkəmlənməsi Qara qitədə Fransanın nüfuzunun zəifləməsi təhlükəsi yaradırdı. ABŞ isə Ruandaya tropik Afrikaya daxil olmaq üçün platsdarm kimi baxırdı: amerikalıların hədəfi varlı Konqo Demokratik Respublikası – Zair idi. Təkcə Ruandada yox, ümumiyyətlə, bütün bölgədə humanitar fəlakətin səbəblərini məhz burada axtarmaq lazımdır.

Davamı →

Hərbi rekordlar-1

  • Hərb
— Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar.

— 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir.

— Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir.
Davamı →