Hacət namazı

İnsan Allaha dua vasitəsilə yaxın olar və bu duanın kiçik və ya böyük olmasının fərqi yoxdur. Mühüm odur ki, bəndə hər işi üçün Allaha dua etsin və hacətini ondan istəsin. Bu hacətlərdən biri də ev sahibi olmaqdır.
Məsumlarımızın (ə) nəzərinə görə hər kim ev sahibi olmaq istəyirsə, “Ayətül-kürsü”nü çox oxumalıdır.
Bundan başqa, İmam Cavada (ə) təvəssül etmək tövsiyə olunur. Bunun üçün:
Davamı →

Hacət namazı

Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).

Hədislərdə hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.

hacət namazıHəzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin (duanın tərcüməsi verilir): «Allahdan başqa məbud yoxdur. O, helm və kərəm sahibidir. Uca ərşin sahibi olan Allah bütün nöqsanlardan uzaqdır.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən mərhəmətlisi!» («Sünənüt-Tirmizi», «Vitr» babları, 479-cu hədis; «Sünənü İbn Macə», «İqamətüs-sələvat» babları, 1384-cü hədis).


Ardı →