Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti

Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var.
Hakimiyyət — mürəkkəb, çoxcəhətli bir hadisədir ki, onun tədqiqinə təbii olaraq, müxtəlif cür yanaşmalar mövcuddur. Hüquq ədəbiyyatında hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur. Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimi də başa düşülür. «Hakimiyyət» anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks etdirir.
Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.


Ardı →