Hamilə qadının psixikasında baş verən dəyişikliklər

Söhbətimiz uşağının doğulmasını istəyib-istəməməsindən asılı olmayaraq, bütün hamilə qadınlarda baş verən psixoloji dəyişikliklərdən gedəcək. Bu psixoloji dəyişikliklər hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər qədər qaçılmazdır. Həmçinin hamiləlik prosesinə uyğunlaşmaq və uşağı dünyaya gətirməyə hazır olmaq üçün əhəmiyyətlidir.

Doğumaqədərki prosesdə qadın müəyyən psixoloji inkişaf yolunu keçir. Bu yol qadının öz hamiləliyini dərk etməsindən başlayaraq onunla əlaqədar dəyişiklikləri qabul etməsindən, sonda uşağı dünyaya gətirməklə onu bir daha bətnində daşımamayacağı həqiqəti ilə barışmasında və ömrünün qalan hissəsini onunla paylaşacağı ilə qərarlaşması ilə bitir. Şərti olaraq bu dövrü üç mərhələyə bölürük.

Birinci mərhələdə qadın öz hamiləliyini, yəni yeni vəziyyətini və onunla əlaqədar baş verəcək dəyişiklikləri qəbul etmək ərəfəsində olur. O, ana olmaq statusu ilə baş verən fizioloji dəyişikliklərə uyğunlaşmağa çalışır. Həm orqanizmdə, həm də psixikada tamlığı qoruma mexanizmi fəallaşır. Bədəndə baş verən oyanıqlığa psixi struktur uyğunlaşmağa başlayır. “Mən” və uşaq arasında tamlaşma baş verir.

Adətən hamilə xanımlar deyir: “Mən alma istəyirəm, biz meyvə istəyirik.”, “Biz acmışıq, amma hər şeyi də yemirik.” Yəni ana nə edirsə uşaq üçün edir, onun üçün daha düzgün yeyir, lazımınca yatır, dincəlir və s. Uşaq onun içindəki bir “Mən”ə çevrilir. Ana müsiqiyə qulaq asır, idmanla məşğul olur, dualar oxuyur, quran oxuyur. Qorxulu filmlərə baxmır, gözəl mənzərəli yerlərdə olmağa çalışır. Eyni zamanda bu dövrdə anada reqressiya (uşaqlıq dövrünə qayıtma) baş verir. Ouşaqıq illərini, anası ilə keçirtdiyi vaxtları xatırlayır, onları təkrarən yaşayır.
Ardı →