Hamiləlikdən sonra idman

Hamiləlik vaxtı fiziki fəallığın özünəməxsus faydası olduğu kimi, doğuşdan sonra idmana başlamaq üçün də kifayət qədər müsbət səbəblər mövcuddur. 

Mütəxəssislər hamiləlikdən sonra idmanın aşağıdakı üstünlüklərini vurğulayırlar:
– arıqlamağa yardım edir;
– bədənin kardiovakulyar vəziyyəti yaxşılaşdırır;
– əzələlərin gücləndirir və yığılmasına yardım edir;
– enerjinin artmasına səbəb olur;
– əhval-ruhiyyəni yüksəldir;
– stressi azaldır;
– doğuşsonrası depressiyadan profilaktikadır və depressiyadan bərpa olunmağa yardım edir.

Nə vaxt başlamalı?
Həkimlər təbii doğuşdan sonra 6 həftəyə kimi gözləməyi tövsiyyə edirlər. 6 həftənin tamamında ginekoloji müayinədən keçdikdən sonra həkimin icazəsi ilə yüngül fiziki çalışmalar etməyə başlamaq olar. Gəzinti, dartınmalar, az yüklü aerobik hərəkətlər tamamilə uyğundur.
Davamı →