Hər zaman haqlı olmaq mümkündürmü?

«Haqlıyam! Kim nə deyirsə desin mənim dediyim doğrudur»
Gündəlik həyatımızda, istər -istəməz hamımızın hər şeydə haqlı olduqlarını iddia edən insanlarla qarşılaşırıq. Necə olur ki, başqaları tərəfindən haqsız olaraq görülən bu insanlar haqlı olduqlarını söyləyirlər, məsələni bağlayıb özlərinə təsəlli verirlər?

Sosial mediada gizli olan əsaslandırma sxemindən bir az danışmaq istərdim. Bu sxemə sahib olan insanların fəlsəfələri haqqında bir az danışaq. «Səhv edirəmsə „haqlısan“ de», «Yenə haqlıyam», "Ən çox sevdiyim xüsusiyyət həmişə haqlı olmağımdır" və s. kimi bir çox söhbətlərlə tanışıq. Bəzilərimiz bunu çox normal hesab etsək də, əslində bu sxem  anormal bir şəkildə yaxın münasibətlərimizə və romantik əlaqələrimizə təsir edir.
Bəs əsaslandırma sxemi nədir?


Davamı →

Eristika: mübahisədə qalib gəlmək haqda elm

Hər birimiz müxtəlif mübahisə və diskussiyalarda iştirak etmişik, buna görə də mübahisənin aparılmasının ümumi prinsipləri nəzəriyyəsiz də hamımıza məlumdur.

Mübahisə – rəylərin, mövqelərin toqquşmasıdır, mübahisənin gedişi zamanı tərəflərdən hər biri müzakirə olunan problem haqda anlayışını dəlillərlə əsaslandıraraq müdafiə edir və əks tərəfin rəyini inkar etməyə çalışır. 

Mübahisə – ziddiyyət yaradan məsələlərin aydınlaşdırılması və həlli üçün, hələ tam aşkar olmayan və inamlı əsasını tapmayan məfhumun anlaşılması üçün mühüm vasitədir.Hətta əgər mübahisənin iştirakçıları sonda razılığa gələ bilmirlərsə belə, mübahisə gedişində onlar həm qarşı tərəfin, həm də özlərinin mövqelərini daha yaxşı aydınlaşdıra bilirlər.
Davamı →