Yaşayan ölülər

yaşayan olulərƏtrafınızdakı insanları müşahidə edirsinizmi? Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar.


Ardı →

Sən özünü tanıyırsanmı?

Cürbəcür arzularla böyüyürsən. İstəyirsən ki, böyüyüb məşhur olasan, insanlara faydası olan işlərlə məşğul olasan...
Böyüyürsən, ancaq hər şey istədiyin kimi olmur. Heç ağlından keçməyən bir sənətin yiyəsi olursan və gündəlik qayğılarını, ailənin problemlərini o sənətdən qazandıqlarınla ödəyirsən. O qədər belə qəribə, ağlagəlməz işlər var ki, ətrafımızda. Ancaq əsas məsələ insanın hansı işlə məşğul olmasında deyil, çünki sənət insanı ucaltmır, insan sənəti ucaldır. Əsas məsələ insanın hansı yolda “tər tökməsindədir”, gördüyü işin xeyrə, yoxsa şərə xidmət etməsindədir.

Dünyada o qədər varlı və məşhur insanlar var ki, gördükləri iş insanlığı fəlakətə sürükləməkdən başqa bir şey deyil. Belələri həm məşhur, həm də güclü göründükləri üçün onlara bənzəmək istəyənlərin sayı da çoxdur. Bəs sən nə işlə məşğulsan? — Xeyir qapılarını açmaqla, yoxsa şər qapılarını?
Deyəcəksiniz ki, bu sual haradan çıxdı. Ancaq oturub ciddi düşünəndə görəcəksiniz ki, bu sual heç də əsassız deyil.
Ardı →