Mükəmməl mətn necə meydana gəlir?

Yaxında hekayələrimizi tənqid edən, daha doğrusu müəllifin təbirincə hekayə yaza bilməyən nasirləri tənqid atəşinə tutan (bu sovetdənqalma “atəş” termini həmin yazıyla münasibətdə tam yerinə düşür) bir məqalə oxudum.
Müəllif özü də nasirdir, ona görə bu intonasiya ona görə bir az təhlükəli də səslənirdi. Onun yazısında mənfilik və qüsurları nişan verən bir neçə passaj vardı ki, hekayəçilərimiz üçün bunlar “zəif bənd” hesab edilirdi. O məqalədə düzgün, yerinə düşən, amma ümumi səciyyənin qaraladığı qeydlər də vardı, məsələn, hekayənin ustası olmaq gərək, iri həcmli romanlar yazan bir müəllif hekayədə axsayar, özü də çox asanlıqla.
Ayxan Ayvaz belə yazırdı:

Davamı →