Epilyasiya haqqında

Epilyasiyanın hansı növləri var? Cavab veririk: Hazırda bioepilyasiya, elektroepilyasiya, lazerli epilyasiya mövcudur. Köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Bəs, lazer epilyasiyası nədir və ondan istifadə nə dərəcədə effektivlidir və zərərsizdir? Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də, tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır.


Ardı →

Hipertrixoz

Qadınlarda ən çox təsadüf olunan qüsurlardan biri hipertrixozdur (ifrat tüklənmə). O anadangəlmə, hormon pozğunluğu üzündən (əsasən, cinsi və mədəüstu vəzilərin disfunksiyası-zamanı) və hətta sinir sistemi fəaliyyətinin pozğunluğundan əmələ gələ bilər.
Tüklənmə ancaq bir yerdə, ya da bütün bədəndə ola bilər. Ümumən tüklənmə zamanı tüklər sifətdə, sinədə (ən çox məmələrin ətrafında) qarnın ortasında və həmçinin əllərdə və ayaqlarda çıxır. Bir yerdə olduqda isə tüklər ancaq sifətdə çıxır, lakin bəzən, əsasən cavan qadınların kürəyində, budlarında, qollarında və topuqlarında da olur.


Ardı →