Holci kompleksi nədir?

Məşhur italyan histoloqu Kamillo Holci (Camillo Golgi ) 1898–ci ildə özünün təklif etdiyi sinir toxumasının gümüş nitrat məhlulu ilə rənglənməsi (gümüşləmə) metodunun köməkliyi ilə beyinciyin armudabənzər (Purkinye) hüceyrələrinin nüvələri ətrafında filament və dənəciklərdən təşkil olunmuş yeni bir strukturu-daxili tor aparatını(apparato reticolare)-müşahidə etdiyi haqda məlumat dərc etdirmişdi.
Gümüşləmə metodundan istifadə zamanı həmişə stabil nəticələrin alınmaması K.Holcinin kəşfini vaxtında lazımi dərəcədə qiymətləndirilməsinə mane olurdu. O vaxtın bəzi məşhur histoloqları, ümumiyyətlə nüvə ətrafında gümüş və osmium duzlarının çöküntüsünü artefakt(aldadıcı görüntü)kimi qəbul edirdilər. Ancaq elektron mikroskopunun histologiya sahəsində istifadə olunduğu ilk vaxtdan Holci kompleksinin tam mənada müstəqil orqanel olmaqla eritrositlərdən və buynuzlaşmış epitel hüceyrələrindən başqa yerdə qalan hüceyrə tiplərində rast gəlməsi təsdiq olundu.                                               
Davamı →