Dopamin hormonu nədir?

Dopamin hormonu insan bədənində neyrotransmitter kimi fəaliyyət göstərən mühüm bir kimyəvi maddədir. Günlük həyatımızda və ümumi sağlamlığımızda mühüm rol oynayan bu hormon hərəkətlərin nizamlanması, öyrənmə qabiliyyəti, motivasiya və əhval-ruhiyyənin yaxşılaşdırılması kimi funksiyalara malikdir. Bu yazıda dopaminin nə olduğunu, onun bədənimizdəki funksiyalarını və əhəmiyyətini ətraflı şəkildə araşdıracağıq.


Davamı →

Orqanizminizdə hansı hormon çatışmır ?

Bu sualın ən dəqiq cavabı qan analizi vasitəsilə müəyyən olunur. Amma bundan əlavə dolayı amillər də var ki, onlar vasitəsilə orqanizmdə hansı hormonun çatışmadığını müəyyən etmək mümkündür. Qida rasionuna diqqət yetirməzdən əvvəl ilk növbədə sizin hansı hormon tipinə malik olduğunu müəyyən etməlisiniz. Belə olduqda siz hormonal fonunuzu normallaşdıraraq orqanizminizə rahatlıq verəcək.

Davamı →

Anti müllerian hormon

AMH (anti-müllerian hormon) qadın və kişi orqanizmində olan qlikoprotein strukturunlu bir maddədir. Transforming growth β (TGF-β) ailəsinin bir üzvüdür. Müxtəlif funksiyalarının olmasına baxmayaraq başlıca funksiyası cinsiyyəti fərqləndirməsidir. Adı da elə buradan gəlir.
«Anti-müllerian» sözünün mənası: Müller- "əleyhinə" deməkdir. Müller kanalı (paramezonefrik kanal) dişi döldə boru, uşaqlıq və uşaqlıq yolunun yaranmasını təmin edən kanaldır. Mayalanma və hamiləlik nəticəsində kişi döldə meydana gələrsə testislərdən anti-müllerian hormon ifraz olunaraq bu kanalın inkişafına mane olur.

Davamı →

AMH hormonu nədir?

Fetal testisin sertoli hüceyrələri tərəfindən 8-ci hamiləlik həftəsində puberteyə qədər yüksək səviyyədə ifraz olunur. Qız uşaqlarında 36-cı hamiləlik həftəsindən sintez olunmağa başlayır. Doğumda çox aşağı olur, ilk 2-4 il minimum artım göstərir. Preantral və antral fallikul granuloza hüceyrələri tərəfindən ifraz edilir.
Üstünlükləri:
  • Yaş ilə dəyişən ilk markerdır,
  • Menstruasiya arası dəyişiklik minimumdur,
  • Menstruasiyanın hər dövründə məlumat verə bilər

Davamı →

Ölüm hormonu

Ölümün yaxınlaşmasına cavabdeh olan hormon tapılıb. Ola bilər ki, əsas öldürücü xəstəliklərdən olan — şəkərli diabet, infarkt, insult, süd vəzi xərçəngi müəyyən hormonun təsiri altında inkişaf edir. Bunu İsveçin Lunda Universitetinin həkimi Olle Melander və onun həmkarları deyir.Onlar 15 ildən artıq bir müddətdə araşdırmalar aparıblar. Bu çərçivədə onlar 5 minə yaxın insanın müxtəlif xəstəliklərin yaranması sistemini öyrəniblər.
Ardı →