Biznes ledi obrazının gözlə görünməz atributları

Bildiyimiz kimi imic – sadəcə geyim, makiaj və xarici görünüşdən ibarət deyil. İmic – sizi əhatə edən insanlarda yaratdığınız təəssüratı formalaşdıran bütün faktorların vəhdətidir. Bu isə o deməkdir ki, bəzən biznes ledinin obrazının yaranması üçün ciddi işgüzar  kostyumdan daha artığına ehtiyacı var. Bəs, bu gözlə görünməz atributlar hansılardır?
Davamı →

Mən dəmir-filan deyiləm, sadəcə qadınam

Marqaret Tetçer, Hilda Roberts, Dəmir ledi, Böyük Britaniya tarixində ilk qadın baş nazir.
Bu adlar, statuslar…tək qadın. Mirvarini, göy rəngi, sadə və səliqəli geyimi sevən, “Mən dəmir deyiləm, qadınam” deyən, “Bir qadın istəsə, hər şey edə bilər” düşüncəsinə can verən qadın.
1925-ci il də Şimali İngiltərənin Qrantem şəhərində anadan olub.
Onun ailəsi varlı deyildi. Ailədəki uşaqlar atalarına baqqal dükanında kömək edirdilər. Marqaret lap uşaq yaşlarından əməyə alışmışdı. O, özü də təsəvvür etməzdi ki, belə yüksək hədəfə nail olacaq. Marqaret imkansıza nail oldu. Sadəcə kişilər idarə edirdi Böyük Britaniyanı. Amma, artıq Marqaret gəlmişdi. Oksford universitetində oxumuş, həmçinin fəal siyasətlə məşğul olmuşdur.

Davamı →

Uğurlu iş qadını olmağın sirri

Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə törədən mühakimələrdirmi, yoxsa problem qadınların öz davranışlarındadırmı? Şübhəsiz ki, mühakimələr var. Ancaq qadınların da bu mühakimələrə xidmət edən və öz özlərini aşağı çəkən davranışları var. Məsələn, uğurlu olmaq üçün iş yerinə necə geyimlə getmək lazım olduğunu bilirik, bəs necə ünsiyyət qurmaq lazım olduğunu bilirikmi?
Davamı →

Dress-code qaydaları

Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrin demək olar ki, dress-codehamısında dres-kod (dress-code), yəni xüsusi geyim qaydaları var. Bəzilərində sadəcə ətək (yubka) və köynək, bəzilərində şalvar və köynək, bəzilərində isə seçimə bağlı geyim olur. Bu cür, yəni ətək və ya şalvar geyinmək seçiminin sizin üzərinizdə olduğu iş yerində nə geyinmək barədə yəqin ki, dəfələrlə sual qarşısında qalmısınız (xüsusilə əgər kişi kollektivində çalışırsınızsa): şalvarmı geyinmək, ətəkmi?

Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir.

Ətəkdə siz öz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz: çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif  görünürsünüz.

Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.


Davamı →