Idmanla məşğul olduqda qidalanma

İdmanla məşğul olduqda insan orqanizmindən tər ilə birlikdə kalium və natrium duzları xaric olunur.  Bu baxımdan prosedurlardan əlavə tərkibi protein və polivitamin kompleksli ilə zəngin pəhrizlər vacibdir.

Qidalanma zamanı istifadə edilən protein kokteylləri də faydalıdır. Həmin kokteyllər əzələ kütləsini artırmağa kömək edir.  Bu cür kokteyllər orqanizmə heç bir kimyəvi təsir göstərmir. Protein effektli kokteyllərin əsas tərkib hissəsi zülallardır (süddən, yumurta ağından və ya soyadan ibarətdir). Tərkibində  yağ, karbohidrat və fruktoza da olur.

Əgər professional olaraq bu idmanla məşğul olmaq istəyirsinizsə  3 saatdan artıq məşq edirsinizsə və ya dağa səyahətə hazırlaşırsınızsa, protein kokteyllərindən istifadə edə bilərsiniz.

Pəhrizə riayət edərkən idmandan əvvəl amin turşusu və proteinlə zəngin qidalar və 2 ovuc kişmiş istifadə edin. İdmandan sonra amin turşusu, protein ilə bərabər 1 ədəd banan yemək faydalıdır. Onuda qeyd etmək lazımdır ki, məşqdən dərhal sonra içilən proteinli kokteyl, bədənin gücünü bərpa edir və zülalların əzələlərdəki sintez prossesini sürətləndirir.


Ardı →

15 dəqiqə idman etmək ömrünüzü nəçə il uzada bilər?

Bütün günü oturanlar, işdən qayıdandan sonra yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə. Gündə sadəcə 15 dəqiqə idmanla orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz? Türk mətbuatının  verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.
Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir. «Gündə sadece 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər».

Araşdırmada iştirak edən insanlar 5 qrupa ayrılıblar. Onlar heç hərəkət etməyən, çox fəal olanlar olmaqla bir necə qrupa bölünüblər. Təcrübə zamanı ən maraqlı nəticəni heç idman etməyən, sadəcə 15 dəqiqə aktiv hərəkətə vaxt ayıranlar göstəriblər. Belə hərəkətlər xərçəng riskini 10, ürək problemlərini isə 20 faiz azalda bilər. Bundan əlavə ən hərəkətli 3 qrupdakı ölümlərin səviyyəsi heç hərəkət etməyənlərlə müqayisədə 20,29 və 35 faiz daha az olub.
Davamı →

Sağlam şəkildə idmanla məşğul olmanız üçün bəzi qaydalar

Ətrafınızdakı insanlardan hansısa idman hərəkətlərini öyrənib məlumatsız halda onları təkrarlamanız əsas səhvlərdən biridir.
Vücudunuza uyğun olmayan idman hərəkətlərini etməniz sizi istəyinizə qovuşdurmayacaq.
Yüngül hərəkətlərlə idmana başlamadan qəfildən ağırlıq hərəkətləri etməniz əzələ deşilməsi, liflərdə zədələnmə, hətta qopmalara da səbəb ola bilər.
Buna görə də vücudunuzun ağır hərəkətlərə öyrəşdiyinə əmin olun.
İdman zamanı hansı əzələni hərəkət elətdirmək istədiyinizə zehni cəhətdən özünüzü alışdırın.
Diqqətinizi sadəcə idmana yönəldin və başqa bir şey düşünməyin.  

İdman zamanı önəmli bir həcmdə su itkisi yaşanılır                                                

İdmanda susamamanız üçün əvvəlcədən su içməlisiniz. İdman edərkən itirə biləcəyiniz suyun əvəzini ödəmək üçün yanınzda su saxlayın və tez-tez su için. Bunun sizə ziyanı olmaz.

Yeni idmana başlayanlar idmandan çox şey gözləyirlər, ancaq buna nail ola bilmirlər. Hədəflərinizi qarşınıza qoymağınız xəyallarınızın puç olmasını əngəlləyəcək

 

 
Davamı →