İlanlar haqqında bilmədikləriniz

Azərbaycanda olan 28 növ ilandan yalnız 6 növü zəhərlidir, bunlardan da “Levant gürzəsi” adlandırdığımız iri aran gürzəsi daha geniş yayılıb.
Onun sözlərinə görə, bu gürzəyə enliyarpaq dağ meşələrindən, yüksək dağlıq ərazilərdən, Talış zonasından başqa, Azərbaycanın bütün isti və quraq düzənliklərində, dağətəyi çöllüklərində rast gəlinir. Bu gürzənin ölçüsü quyruğu ilə birlikdə ən çoxu 2 — 2,2 metr olur. Amma bu ölçüdə gürzəyə Azərbaycanda çox nadir hallarda rast gəlinə bilər. Ölkəmizdə əsasən 90-100 sm ölçüsü olan gürzələrə rast gəlinir:

Davamı →

İlanların insan üçün faydaları

İnsanlarda müxtəlif yolxucu xəstəliklər törədən və yayan, kənd təsərrüfatına ziyan vuran gəmirici heyvanların sayının tənzimlənməsində ilanlar və digər sürünənlər böyük rol oynayır. İlanların sayı təbiətdə azaldıqca, bu gəmiricilərin sayının artmasına əlverişli şərait yaranır. Müasir dövrümüzdə ilanların sayı təbiətdə azaldığı üçün insanlar gəmirici heyvanların sayca artmasından əziyyət çəkirlər. Ona görə də, insanlar ziyanverici və xəstəlik törədicisi olan gəmirici heyvanlarla mübarizə aparmaq üçün müxtəlif üsullardan, o cümlədən zəhərli kimyəvi maddələrdən istifadə etməli olur.
Davamı →