Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam

Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.

Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub. Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
Davamı →

Klod Monenin çiçəkləri

«Rəsmlərimdən, çiçəklərimdən başqa heç nə məni maraqlandırmır» deyən Klod Mone deyilənlərə görə, ətrafındakılara qarşı çox biganə adam olub. Bəzən xəbər-ətərsiz yoxa çıxan, sevgililərini, arvadını, uşaqlarını görməzdən gələn bir adam olsa da, söhbət rəssamlığa gələndə o, özünə qarşı çox tələbkar olub.
Hətta məşhurluğunun zirvəsində olduğu vaxtlarda belə, «bu nədir, bu necə rəsmdir?» deyib üstünə şığıyan tənqidçilərə «haqlıdırlar, rəsmlərim bir qəpiyə dəyməz» deyə cavab vermişdi. 78 yaşına qədər davamlı əsəb böhranları keçirən rəssam bir çox əsərlərini parçalayıb məhv eləmişdi. Gördüyü işlərdən heç vaxt razı qalmadığı üçün həyatının sonuna qədər ətrafındakı insanlara buna görə nə qədər böyük əzab-əziyyətlər çəkdiyi barədə şikayətlər etmişdi. 
Ardı →

Pol Sezann

İndi ən məşhur hərrac evləri Sezannın heç olmasa bircə akvarelini satışa çıxarmağı arzulayır. Ən bahalı rəssamların sırasında Pikasso, Klod Mone, Van Qoqdan sonra o, dördüncüdür. Onun 1999-cu ildə 60,5 milyon dollara satılmış «Pərdə, dolça və meyvə ilə boşqab» natürmortu 20 il ərzində satılmış ən bahalı 500 əsərlərin sırasında 6-cı yerdə dayanır. Amma cəmi 100 il əvvəl Sezann əsərini  40 franka satanda çox sevinirdi. O vaxtın qiymətlərinə görə Parisdə ev kirayəsi 20 frank idi, 10 franka rəssam kətan və rəngləri ala bilərdi. Kənardan baxanda Sezannın həyatı son dərəcə sadə və sakit görünür. O Qoqen kimi Taitiyə qaçmır, Van Qoq kimi özünə qəsd eləmir, Tulus Lotrek kimi içki badəsində «batmır».
Davamı →