Axtarış sistemləri

İnternetdə istənilən mövzuda infonnasiya tapmaq miimkündür. Lakin informasiya həddindən artıq çox olduğundan lazımi materialları oradan tapmaq bəzən çox çətin olur. Bununla belə, yaşadığımız dövrdə informasiya gündən-günə daha sürətlə artdığından hər hansı mövzu üzrə səmərəli axtarış aparmaq çətin məsələyə çevrilir. Ona görə də İnternetdə uğurlu axtarış aparmaq üçün əlverişli vasitələrin olması çox vacibdir. Belə bir vasitə axtarış sistemləridir.
Axtarış sistemi (search engine) müəyyən bir proqramdır. İnternetdə yüzlərlə axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin içində kiçik fərqlər olsa da, onların əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məsələn, bu sistemlərin hamısı axtarışı açar sözlərə (keywords) görə həyata keçirir.

Davamı →

Ekspert sistemləri

Müəyyən məsələ barədə məsuliyyətli qərarların qəbul olunması məqsədilə araşdırmalar etmək, məsləhətlər vermək, qərarlar, rəylər hazırlamaq, ekspertiza aparmaq üçün həmin sahə üzrə təcrübəli ixtisaslı mütəxəssislər — ekspertlər (experts) dəvət olunur. (Latın dilində «expertus» sözü «təcrübəli» deməkdir.) Ekspertlər qoyulan problemi həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Deməli, hər hansı sahənin eksperti, ilk növbədə, həmin sahə üzrə xüsusi biliklərə, digər tərəfdən məntiqi mühakimə yürütmək qabiliyyətinə malik olmalıdır.

Davamı →

Şərt operatoru

Alqoritmlərdə bir neçə mümkün hərəkətdən birinin seçilməsinə budaqlanma vasitəsilə nail olunur. Budaqlanma təməl alqoritmik strukturlardan biridir. Budaqlanma bir, yaxud bir neçə şərtin yoxlanmasına əsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraq müəyyən əməliyyat yerinə yetirilir.
Proqramlaşdırma dillərinin hamısında budaqlanma yaradan xüsusi operatorlar vardır. Belə operatorlara şərt operatorları deyilir. Əksər dillərdə olduğu kimi, Python dilində də şərt if (əgər) operatoru vasitəsilə verilir. Şərt operatorunu sxematik olaraq belə göstərmək olar:

Davamı →