İsim | Nitq hissəsi

Əşyaların adlarını bildirir, kim?, nə?, hara? suallarından birinə cavab verir.
Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar isə iki cür olur:

  1. konkret varlıqlar — onların gözlə görülməsi mümkündür: çörək, qapı, dağ, dəniz, iynə, duman
  2. mücərrəd varlıqlar: xəyal, yuxu, məqsəd, məna, fikir, tarix, uğur, elm

İsimlər cüilədə, əsasən, mübtəda və tamamlıq olur, həmçinin digər cümlə üzvləri də ola bilər.


Davamı →

İsmin halları

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.

1) Adlıq hal

Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).


Davamı →

İsmin hallanması

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.


Ardı →

Adların informasiya dəyəri

Adların yaranma tarixi insanların dil açıb danışmağa başladığı dövrdən sonraya təsadüf edir. Əcdadlarımız gördüklərini, hiss etdiklərini, xəyallarına gətirdiklərini bir-birindən fərqləndirmək və izah etmək üçün onları müxtəlif səslərlə ifadə etməklə adlandırmağa başlayıblar. Ona görə də ad hər şeydən əvvəl insan səsidir. Lakin, bu adi deyil, müəyyən məna kəsb edən səsdir, daha doğrusu səs qiyafəsində olan mənadır. Yazı yarandıqdan sonra bu mənanı kağız üzərində hərflərin köməyi ilə də qeyd etmək mümkün oldu. Bu səbəbdən adlara əşyaların səslə və yaxud hərflərlə ifadəsi kimi baxmaq olar. İnsanlar isimləri yaratmaqla öz aralarında informasiya mübadiləsini operativ və yığcam şəkildə etməyə nail olublar. 
Ardı →

İsim

İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını  bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaqva s. isimləri kim? sualına; at, quş, ağac, daşvə s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.
Davamı →

İsim(the noun)

Isim әsаs nitq hissәsi оlub, әşyаlıq bildirir. Әşyаlıq mәfhumunа tәkcә kоnkrеt şеylәr (a boy, the moon, snow, butter ) dеyil, hәm dә әşyаlаrа хаs оlаn kеyfiyyәt (beauty, heroism ) әlаmәt (heaviness, highness vә s.), hәrәkәt аdlаrı (running, conversation) vә еlәcә dә mücәrrәd mәfhumlаr (time, permission, friendship, childhood ) dахildir.
Müаsir ingilis dilindә isim аşаğıdаkı qrаmmatik әlаmәtlәrә mаlikdir:

1) isim -er(-or), -ness, -ment, -hood, -ism, -ance, -ing şәkilçilәri vаsitәsilә düzәldilә bilir, mәsәlәn:
writer, sailor, darkness, boyhood, heroism, attendance, (the) writing.

2) ismin qаrşısındа, аdәtәn, ya qеyri-müәyyәnlik, ya dа müәyyәnlik аrtiklı işlәnir, mәsәlәn:
a girl, the girl, a table, the table və s.
Mәhz bunа görә dә bәzәn аncаq sözün qаrşısındа işlәnmiş аrtikl оnun isim оlmаsını bildirir, mәsәlәn:
A four is a good mark;
Ardı →