Qurani-Kərimdə iqtisadi dəyərlər

İslam — dini əqidə olmaqla, insanların həyat tərzini ni­zamlayan və tənzimləyən ictimai-iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandı­ran bütöv bir elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən, əhli-beyt umanlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fitvala­rından (qərar və ya mühakiməli) ictihadları (müstəsna qərar) götürmüşdür. Qurani-Kərim Allahdan Həzrəti Məhəmmədə (s.ə.s.) 610-cu ildə Ramazan ayında nazil olunan sözlərin oxunması kimi 23 il ərzində yığılmış və islam dininin ən möh­təşəm, müqəddəs kitabına çevrilmişdir.


Ardı →

Şərqdə iqtisadi fikrin formalaşmasinda islamin rolu

İqtisadi təlimlər tarixinin bir elm kimi formalaşmasında Şərq iqtisadi fikrinin müstəsna dərəcəli təsiri olmuşdur. Bu hər şeydən əvvəl Şərqdə, xüsusən İlkin Ərəb Xilafəti dövlətində İslam dininin meydana gəlməsi (610-632-ci illər) ilə yeni iqti­sadi münasibətlərin və davranış qaydalarının meydana gəlməsi ilə əlaqədar olmuşdur.
Şərqdə spesifik iqtisadi davranış qaydalarının mövcud olması bir tərəfdən ənənəvi yaşayış tərzindən, milli vərdişlərdən asılı olmuşdursa da, lakin onun spesifik forma alması sırf İslami mənəvi-dini dəyərlərin insanların həyat tərzlərində hakim mövqedə durması ilə bağlıdır. Ona görə də Şərqdə orta əsrlərdən başlayaraq iqtisadi fikirlər barəsində mülahizələr irəli sürərkən, bir qayda olaraq islam elmi dünyagörüşünə, xüsusən Qurani-Kərimdə və Məhəmməd (s.ə.s.) sünnəsindən irəli gələn prinsiplərə əsaslanmaq lazımdır.
Min illər boyu insanların mənəvi həyat tərzinin əsası kimi təsvir olunan islam eyni zamanda elmin bir sıra sahələrində böyük nailiyyətlərin əldə olunmasına istiqamət vermişdir. Sözsüz ki, burada fəlsəfəni, hüququ, sosiologiyanı, tarixi, ədəbiyyatı, dilçiliyi, kimyanı, fizika-riyaziyatı, coğrafiyanı və s. sahələri xüsusi qeyd etmək olar. Lakin Qurani-Kərimdə iqtisad elminə dair külli miqdar ayələrin olmasına, eləcə də şəriətdə xüms, zəkat, həcc kimi ərkan və ya rükunların göstərilməsinə baxmayaraq, onların sistemşəkilli tədqiqi istənilən səviyyədə aparılmamışdır.
Ardı →