İspanağın faydaları

  • Flora
Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var.

Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə onun vətəninin həmin ölkələr olduğu güman edilir.

Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırmışdı.
Davamı →

Arıqlamaq üçün ispanaqlı smuzilər

Tərkibi mineral və vitaminlərlə zəngin olan, təəssüf ki, çox az istifadə etdiyimiz ispanaq çox faydalı olması ilə yanaşı, həm də artıq kilolardan azad olmaq istəyənlər üçün əla qidadır, belə ki, 100 qr-da cəmi 23 kkal vardır. İspanaqdan istifadəni smuzilərlə başlada bilərsiniz.

• 1 stəkan dolu ispanaq
• 1 stəkan naringi suyu
• 1 ədəd banan
Blenderdə qarışdırılır.

• 1 stəkan dolu ispanaq
• 1 ədəd banan
• 0,5 stəkan doğranmış kərəvəz
• 1 stəkan su
Blenderdə qarışdırılır.
Davamı →