İşıqlı diş təmizliyən

Alimlər yeni bir ixtira cihaz üzərində işləyirlər.Bu cihaz dişlerimizde ki pis mikrofloraya antibakterial təsir göstərəcək.Оna görə ki diş pastalarıbütün mikrfloranı öldürür.Lakin bu ixtira yalnız pis mikrofloraya antibakterial təsir edəcək.Оnu «mavi işıqLA» təsiri oladcak.Yalnız bir-iki dəqiqə gündəlik «mavi işıqLA» müalicə lazımdır.     
Davamı →

Yalançı ixtiraçılar

İtaliyalı Qalileo Qaliley – tarixə astronom, fizikaçı və riyaziyyatçı alim kimi düşüb. Bütün dərsliklərdə də ilk teleskopu Qalileyin icad etdiyi qeyd olunur. Ancaq əslində ilk teleskopu 1608-ci ildə hollandiyalı alim Xans Lipperşey düzəldib. Ancaq o, bu ixtirasına patent ala bilməyib. Qaliley Lipperşeyin “hollandiya borusu” adlanan teleskopu əsasında 1609-cu ildə öz teleskopunu düzəldib. Qalileyin teleskopu Lipperşeyin teleskopundan daha böyük ölçüyə malik idi. Qeyd edək ki, Qaliley də öz teleskopuna görə patent ala bilməyib. Ancaq nədənsə tarixçilər ilk teleskop ixtiraçısı kimi Qalileyi göstəriblər.
Ardı →

Müsəlman alimlərinin tibb elminə tövhələri

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.
Ardı →

Dünyanın ən mühüm kəşfləri

Mendeleyev cədvəli materialların təkamülü tarixində bəşəriyyət üçün ən vacib ixtiradır
Amerikanın yeni materialları öyrənən «AIMMPE» İnstitutunun ekspertləri bu qənaətdədirlər. İtaliyanın «La Repubblica» qəzetinin verdiyi xəbərə görə, Dmitri Mendeleyevin kəşf etdiyi elementlərin dövri təsnifatına «AIMMPE»yə daxil olan səkkiz ölkədən 4235 nümayəndə səs verib.
 
Bəşəriyyət üçün vacibliyinə görə, ikinci yerdə ekspertlər dəmirin əridilməsini göstəriblər. İlk dəfə bunu eramızdan təxminən 3550 il əvvəl misirlilər kəşf ediblər.
Davamı →