Qılınca qalxanımız var, bəs iynəyə?

Agalar MəmmədovQılınca qalxanım var, iynəyə yoxdu.
Adamı iynələyə-iynələyə öldürmək olar. Adamı iynə-iynə, incə-incə, sanca-sanca məhv etmək olar.
Adama iynə ilə gor qazmaq olar, quyu qazmaq olar.
“İynə ilə gor qazmaq”ın mənası xəlbirlə su daşımaq kimi boşa gedən nəticəsiz əməklə məşğul olmaq deyil. İynə ilə gor qazmaq başqasına ölümü iynə-iynə hazırlamaqdır. İynə ilə gor qazmaq cəza deyil, xəyanətdi.
“Torba tikən” alət olub iynə həmişə. Quyu qazmamışdan qabaq tor, tələ hörüb iynə. Biz bəzən sözlərimizlə iynələrik, bəzən baxışlarımızla, bəzən incə bir hərəkətimizlə. İynə kimi göz “ucu” ilə baxar, iynələrik, ağız “ucu” ilə dindirər, iynələrik. “Sümüksüz”, “tikansız” adam olmaq iynəsiz olmaqdır.
(Qədim insan iynəni ilk dəfə balıq sümüyündən, tikandan düzəldib.) İynə oxdan qədimdi.
“İynə-iynə, ucu düymə, yarıl-yırtıl, su iç qurtul”. İynələnmiş adamın acığından partlamasına təsəllidi bu. Yəni, di dur, atıl-düş, su iç, acığın ötsün, deyir. Çünki iynə elə batırır ki, uda da bilmirsən, unuda da,
dillənə də.
Biz də iynəyə çatmaz, çuvalduz da, ox da. “İynənin işini çuvalduz görməz” deyiblər. “İynə saplamaq” iynəyə sap keçirmək deyil, əksinə, iynəni kiminsə qəlbinə saplamaqdır.
Ardı →