Dil mədəniyyətini qorumalı

Dünya sənin səsinlə danışanda sən kim olduğunu bilməlisən. (Britt Edval)


Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim olunmasından çox asılıdır.

Elektron vasitələrində yaxşı effect alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. Nitq və səs televiziyada da cox vacibdir. Səslənmənin özü, əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç də müvəffəqiyyətin rəhni deyildir. 


Ardı →