Bakının tarixi barədə nə bilirik?

Ərazisi: 2200 kv km. Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.

Bakı, onun nefti və «yanar torpağı» qədim vaxtlardan onun hüdudlarından çox-çox uzaqlarda da məşhur idi. Bakı barədə orta əsrlərə aid yazılı mənbələrdə onun ətrafındakı «əbədi məşəllər» dönə-dönə xatırladılar. Bakı barədə ilk məlumatlardan birinə V əsrin əvvəllərində Qafqaz Albaniyası şəhərlərini təsvir etmiş Bizans əlyazmalarında «sualtı qayadan alov yüksələn» bir ərazinin adı çəkilir. IX əsrdən başlayaraq, ərəb coğrafiyaşünasları və tarixçiləri Bakını kiçik, lakin inkişaf etmiş bir feodal şəhəri kimi təsvir edirlər. Onların hər biri xüsusi qeyd edir ki, Bakıda ağ və tünd boz rəngli neft çıxarılır. Slavyan, Bizans, Çin, Venesiya, Hindistan tacirləri və bütün Yaxın Şərqdən gələn karvanlar Bakıdan neft aparırdılar.


Davamı →

Toy əhvəlatı (Çingiz Abdullayev)

Keçən əsrin ortalarında heç Bakıda olmusunuz? Demək, siz bu cənub şəhərində daimi karnaval mühitinin hökm sürdüyünü hiss edə bilməmisiniz. Şəhərin ən gözəl xanımları ad ilə tanınardı, onların şəhərdə hər gəzintisi yerli əhalinin diqqətini cəlb edər, böyük heyrətə və vəcdə səbəb olardı.
Bakı evlərində baş tutan hər hansı məclisdə Bakı ləhcəsi və Azərbaycan sözləri qarışdırılmış rus diliylə danışan müxtəlif xalqların nümayəndələri ilə tez-tez qarşılaşmaq mümkün idi.
Belə ki, azərbaycanlılar, gürcülər, ruslar, yəhudilər, ləzgilər, tatarlar, ermənilər eyni dilə və eyni tələffüz tərzinə malik idilər, buna görə də çox vaxt onları bir-birindən ayırmaq  xeyli çətin idi.
Ardı →