Kələm yarpağı ilə ağrıların götürülməsi

Hər bir insanın müxtəlif zamanlarda bədəninin müxtəlif yerlərində ağrılar olur və bu ağrılardan qurtarmaq üçün müxtəlif vasitələr axtarır. Bəzən hər ağrıya görə kimyəvi dərman içərkən də bir problem olur, kələm yarpağı ilə ağrıların aradan qaldırılması isə ziyansız və çox ucuz başa gəlir, məsələn ağrı nahiyyəsinə kələm bükülür (yaxşı olar ki, kələmin qalın hissələri soyulsun) axşamdan səhərə qədər, səhər açılır atılır.
Davamı →

Nənələrimizin müalicə vasitəsi

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir. Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər. Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu «kompres»lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.

Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.
Davamı →