Kaktuslar niyə tikanlıdır?

  • Flora
Yəqin elə bir insan yoxdur ki, heç vaxt kaktus görməsin. Bu yaşıl rəngli dirəklərə hər yerdə — oranjereyalarda da, evdə də, təbiət haqqında çoxsaylı kitablarda da, hətta münasib qiymətə əldə edə biləcəyimiz hipermarketlərdə də rast gələ bilərik. İnsanlar kaktusları alaraq, evlərini bəzəyirlər, onları “sevimli kirpi” adlandırırlar. Axı, kaktuslar tikanları ilə tanınırlar.

Kaktus — ən az diqqət tələb edən bitkidir. O, hətta ən quraqlıq yerdə bitir. Məhz bu səbəbdən kaktusun bir çox növü enli gövdəsi ilə seçilir. Bu gövdə bitkiyə lazımi su ehtiyatı yığmağa kömək edir. Yeri gəlmişkən, həmin gövdə yarpaq funksiyasını yerinə yetirir, yəni karbon qazını özünə çəkir.

Məşhur tikanlar isə şıltaqlıq yox, yaşamaq üçün əsasdır. Məlumdur ki, yarpaqlar rütubəti daha yaxşı buxarlandırır. Əgər rütubət onsuz da azdırsa, deməli nə isə qeyri-adi və maraqlı bir şey fikirləşmək lazımdır. Buna görə də kaktus tikanlarla örtülüdür ki, bu da ona nəinki rütubətlilik verir, həmçinin rütubəti özünə çəkməyə imkan verir.
Davamı →

Kaktus

  • Flora

Kaktus bitkisi müxtəlif formalı və tikanları bol bir bitki növüdür. Kaktusa qulluq etmək olduqca asandır və şəraitə dərhal uyğunlaşan bir bitki növüdür. Qeyd edək ki, kaktus bitkilər arasında yetişdirilməsi ən asan və baxıma ən az ehtiyacı olan bitkilərdən biridir.

Amma kaktusunuzun çiçək açmaması sizin ona qulluq edə bilməməyinizin bariz göstəricisidir. Əgər kaktusunuzun çiçək açmasını istəyirsinizsə, ona öz təbii şəraitini yaratmaq lazımdır. Beləliklə, siz də evinizdə çiçək açan sağlam kaktuslar yetişdirə bilərsiniz.
Davamı →

Kaktus bitkisi

  • Flora
Tikanlı olduğu qədər, gözəl olmağı da bacaran kaktus bitkisi çoxlarının sevimlisidir. Düzgün qulluq edildiyi təqdirdə ilin bütün fəsilləri evlərin çiçəkləyən yaraşığı ola bilir. Aşağıdakı məsləhətlərə əməl etməklə evinizi kaktuslarla gözəlləşdirə bilərsiniz. Hələ, kaktusun sağlamlığa necə faydalı olduğundan danışmıram.

Bir çox otaq bitkilərində olduğu kimi kaktuslarda da istirahət dövrü qışda başlayır. Kaktusların yaxşı inkişafı üçün, ələlxüsus da çiçəkləyən növlərinin, qış dövründə dinclik vermək mütləqdir. Bu səbəbdən onlara qulluqda məqsəd – qışda inkişafına şərait yaratmamaqdır, belə ki, bu dövrdə kaktuslar uzanıb normal görüntülərini itirirlər.

Qışda kaktusları pəncərəaltında saxlamaq olar. Köklərinə soyuq olmasın deyə dibçəklərin altına nəsə qoymaq lazımdır. Ən işıqlı yerləri exinotsereus(echinocereus), fillokaktus (phyllocactus) və yazda çiçəkləyən digərləri tələb edir.
Davamı →

Kaktusun bilmədiyimiz faydaları

Kaktusun faydalarıKompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından cox önəmli bir qidadır. Kaktus tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı?
 
Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir.
 
 
Xolesterolu aşağı salır
 
Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.
 
 
Şəkər xəstəliyinə faydalıdır
 
Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.
 
 
Kaktus yarpağı xərçənglə mübarizə aparır
 
Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.
 
 
Həzmi dəstəkləyir
 
Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.
 
 
Arıqladır
 
Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.
 
 
Beyin hüceyrələrini qoruyur
 
Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir.
 
 
İltihabı azaldır
 
Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. “Kuersetin” adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.
 
 
Kaktus necə yeyilir?
 
Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar. 
 
Mənbə: aile.lent.az
Davamı →

Kaktus | O.Henri

O.HenriZamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir. 
Trisdeylin öz subay ev-eşiyində masanın yanında dayanaraq etdiyi də məhz elə bu idi. Masanın üstündə qırmızı saxsı dibçəkdə qeyri-adi görünüşlü yaşıl bitki vardı. Həmin bitki kaktusun növlərindən biriydi, onun uzun, buynuzcuqlu yarpaqlarını lap azacıq meh də əsdirirdi, həmin yarpaqlar sanki insana əl uzadır, özlərinə tərəf səsləyirdilər. 

Trisdeylin dostu – gəlinin qardaşı bir az aralıda dayanıb tək içdiyi üçün deyinirdi. İkisi də frakda idilər. Sinələrindəki ulduzabənzər rozetkalar otağın qaranlığında parlayırdılar. 
Əlcəklərinin düymələrini aça-aça Trisdeylin ağlından son bir neçə saatın xəfif xatirəsi keçməyə başladı. Ona elə gəldi ki, kilsədə verilən messa zamanı hər tərəfi bəzəyən çiçəklərin ətri burnundan, minlərlə gözəl səslərin incə uğultusu, geyimlərin xışıltısı, ən çox da sözləri sanki bir-birinə calayan keşişin uzun-uzadı nitqi qulaqlarından hələ də çəkilməyib. 
Ardı →