Kamikadzelər

Özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə monqolların Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.

Çox-çox sonralar-XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsi zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər.
Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Bəzi tarixçilərin fikrincə, kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrlə müqayisədə texniki cəhətdən geridə qalması səbəbindən yaranmışdı. Könüllü ölüm yolunu seçən yapon təyyarəçisi minimum qədər benzin və bunun əvəzinə xeyli artıq bomba götürərək, təyyarəyə minir, geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu.
Ardı →