Planaalma

Plan ərazinin kiçildilmiş şərti işarələrlə təsviridir.
Məhəllin planında Yer səthinin kiçik sahələri təsvir olunur. Planaalma zamanı bütün obyektlər dəqiq və dolğun əks olunmalıdır. Onun miqyası 1:10 000-ə qədər olur.
Planaalma iki üsulla aparılır. Havadan planaalma orbital stansiyalar, kosmik peyklər, təyyarə və helikopterlərdən çəkilmiş şəkillər əsasında yerinə yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilməsində istifadə edilir.
Davamı →

Relyefin təsviri

Coğrafi obyektlər hündürlüklərinə görə bir-birindən fərqlənir. Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır. Plan və xəritədə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir.

Yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər.
Davamı →

Məhəllin planı

Plan, xəritə və qlobusun hər üçü birlikdə kartoqrafik təsvir adlanır. Ərazinin kiçildilmiş, sadələşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir. Plan və aerofotoşəkil məhəllin yuxarıdan görünüşünün təsviridir. Aerofotoşəkillər məhəllin planını tez və düzgün tərtib etməyə imkan verir. Aerofotoşəkildə obyektlər boz rəngli müxtəlif çalarları ilə təsvir olunur. Bu üsuldan ilin isti fəslində, yerin qarla örtülmədiyi vaxt aparılır. Plan miqyaslı və şərti işarəli təsvirdir. Şərti işarələr 3 cür olur: konturlu, xətti və miqyassız.


Ardı →