Keçi südünün təəccübləndirən faydaları

Keçi südü son zamanlarda xərçəngə qarşı əhəmiyyətli bir «döyüşçü» olaraq tanınır. Ancaq keçi südünün faydaları bununla məhdud deyil. Keçi südü normal südə nisbətən həmişə içilməsə də, əslində əsrlərdir şəfa verir. Belə ki, izah edilənlərə görə 16-cı əsrdə xəstələnən Fransa Kralı 1-ci François Qanuni Sultan Süleymanın göndərdiyi keçi südü ilə sağlamlığa qovuşur. İndi keçi südü Avropada xüsusi əczəxanalarında satılır. Sanki təbii bir dərman vəzifəsi görən keçi südünü daha yaxından tanıyaq.

Davamı →

Faydalı süd

Süd məhsulları orqanizmin kalsiuma olan ehtiyacını ödəmək üçün əvəzedilməz qidalardır. Bunun üçün adətən biz inək südündən geniş şəkildə istifadə edirik. Amma mütəxəssislər keçi südünün insan orqanizminə daha faydalı olduğunu bildirirlər. 

Türkiyəli diyetoloq Oya Neva Demirkol bildirir ki, keçi südü inək südündən daha çox kalsiuma malikdir. Bu da sümüklərin sağlam formalaşmasında və osteoporoza qarşı qorumada böyük rol oynayır. Keçi südü kalsiumdan əlavə fosfor, maqnezium, A vitamini və selenium, potasium və B qrupu vitaminləri ilə də zəngindir. 1 stəkan keçi südü gündəlik kalsium ehtiyacının haradasa yarısını, B vitamini ehtiyacının 20 faizini qarşılaya bilir.
Davamı →

Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?

Bir sıra dünyamiqyaslı süni qida istehsalçılarının reklam vasitələrində müxtəlif – inək südü, keçi südü və soya əsaslı körpələr üçün nəzərdə tutulan süni qidalarının təbliğatlarında valideynlərdə etimad doğruracaq mübaliğəli cümlələr eşitmək mümkündür: “Biz körpənizə istehsal etdiyimizin ən yaxşısını veririk!”, “Təbii asanlıqla həzm olan!”, “Ana südünə bir addım daha yaxın!” və s.

Ana südünün tərkibindəki qidalandırıcılar 400-dən artıq olduğu halda, süni qidanın tərkibində 40-ya yaxın qidalandırıcı mövcuddur. Elm və tibb inkişaf etdikcə, süni qida istehsalçıları ana südünə daha çox yaxınlaşmağa çalışırlar.
Davamı →

Keçi südünün faydaları

Dünyada insanların böyük əksəriyyəti inək südünə nisbətən keçi südündən daha çox istifadə edirlər. Bütün dünya üzrə 440 milyondan artıq keçi təxminən 4,8 milyon tona yaxın süd verir.

Orta Asiya, Şimali Qafqaz və Krımda keçi südündən istifadə geniş yayılıb. İtaliya, Yunanıstan və Yaxın Şərq əhalisi də keçi südündən çox istifadə edir. Bütün dünya üzrə istehsal olunan südün 72%-i məhz keçi südüdür. Keçi südü tərkibinə və müalicəvi əhəmiyyətinə görə həmişə birinci yerdə olacaqdır.

Keçi südünün 11 üstünlüyü 
1. İnək südündən daha yüngüldür.

2. Tez həzm olunduğu üçün uşaqlar və xəstələr üçün alternativ qida məhsuludur.

3. Mədədə selik əmələ gətirmir. Tərkibində mürəkkəb zülallar yoxdur və bu da allergiya və astmadan əziyyət çəkən xəstələr üçün çox xeyirlidir.

4. Keçi südündə digər ev heyvanlarının südündəkindən daha çox xlor, flüor və silisium var.

5. İnək südü gec həzm olunur və mədədə böyük çürüntülər yaradır. Keçi südü isə xəfif çürüntü yumaqları əmələ gətirir və buna görə daha tez və daha asan həzm olunur.
İnək südü 10%, keçi südü isə cəmi 2% çürüntüdən ibarətdir.
Ardı →