Kişi xəyanətinin əsas səbəbi

  • Qadın
Kişilər sevidiyi qadına xeyanət edə bilərmi?
Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Deməli onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir? Nəyə görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur? Xəyanətkar-qadına isə cəmiyyət daha ciddi reaksiyalar verir. Sənə qarşı xəyanət olunubsa, bu heç də sizin sevgidə uğursuzluğunuz demək deyil. Əksinə, bu cür hallar qadına imkan verir ki, öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin.
Davamı →

Ərin xəyanətini qəbul etmək

  • Qadın
Ərinizin xəyanətini necə qarşılamalısınız?
ETIBARLI HƏYAT YOLDAŞINA BƏZI MƏSLƏHƏTLƏR…
Əgər siz ağıllı, təmkinli xanımsınızsa, aşağıda göstərilən məsləhətlər yaşadığınız böhran vəziyyətindən çıxmağa Sizə kömək edəcəklər. Amma egər Siz dəlisov, qısqanc qadınsınızsa — onda oxuduqlarınızın mənası olmayacaq. Çünki qısqanclıq dağıdıcı bir hissdir, və çoxları onu idarə edə bilmirlər.
Psixoloqlar ailə psixoterapiyası zamanı xəyanət faktları ilə tez-tez rastlaşır. Qısqanclıq zəminində xanımlar intihar cəhdi edirlər və ya ağır depressiya yaşayırlar.
Bir məqamı nəzərə almaq lazımdır ki, heç bir zaman qadın ərini nə gündəlik isterikaları ilə, nə də ki dava-dalaşla qaytara bilməz. Siz özünüzü üzəcəksiz, sonda bir xəstəlik tapıb yataq xəstəsi olacaqsız. Əriniz isə bu cür gərgin şəraitdə çox qalmayacaq bir gün həmişəlik çıxıb gedəcək.
Davamı →